KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Əliyev: Ərdogan-Putin görüşü niyə istənilən nəticəni vermədi?

Kamal Əliyev: Ərdogan-Putin görüşü niyə istənilən nəticəni vermədi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
239 0

Nəhayət,Türkiyə prezudenti Rəcəb Tayyib Ərdoganın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıgı baş tutdu.Bu təmasın ən mühüm tərəfi Ukrayna limanlarındakı taxılın yoxsul ölkələrə çatdırılması məsələsi idi.Lakin Putin-Ərdogan görüşündən sonra mediada tirajlanan məlumata görə,Moskva o halda “Taxıl Müqaviləsi”nə o halda qayıdacaq ki,irəli sürdüyü şərtlər yerinə yetirilsin.
Kremlin sözçüsü Dmitri Peskova görə,Moskvanın ş əırtləri yerinə yetirilərsə,o zaman müqavilənin davam etdirilməsində problem olmayacaq.Moskvanın şərtləri budur ki,ABŞ və Qərb dövlətləri ödənişlər və sıgorta fəaliyyətlərinə qarşı Rusiyaya tətbiq etdiyi sanksiyaları aradan qaldırmalıdır.Burdan belə bir nəticə hasil olur ki,Moska taxıl mövzusunu Qərbə qarşı əlində “təsir rıçaqı”kimi istifadə edəcək.Rusların məqsədi aydındır:Ukraynada davam etdirdiyi qanlı işgala qarşı Qərbin sanksiyalarını yaxın perspektivdə yumuşaldılmasına nail olmaq,orta perspektivdə isə tam aradan qaldırılmasını görmək.

Dugər yandan,Moskvada bir neçə gün əvvəl keçirilmiş Rusiya-Afrika zirvəsini də nəzərə alsaq görərik ki,Kreml qarşıdan gələn 3-4 ay ərzində bu ölkələrə pulsuz taxıl göndərəcək.Qərb isə idfia edir ki,Ukrayna taxılı yoxsul Afrika ölkələri üçün vacibdir.Rusiyaya görə,Qərb yalan danışır və taxılın az hissəsini Afrikaya göndərir.
Nəticə isə budur ki,Rusiya bu qış Avropanı təkcə enerjisiz deyil,həm də taxılsız qoymaq istəyir.
Üstəlik,Nigerdə baş vermiş dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlmiş hərbi xunta Fransa və ABŞ kimi ölkələrə uranın ixracına son verib.Niger,Burkino-Faso və Mali kimi ölkələrdə Moskvanın “Wagner”-i dövlıt çevrilişləri edərək,faktiki Qərbi Afrikadan qovur.Görünür,Rusiya-Qərb qarşıdurması təkcə Ukraynada deyil,Afrikada da şiddətlənəcək.

Ərdogan və Putin arasında telefon zənginə gəlincə,o da məlum olub ki,Putin Türkiyəyə gələcək.Lakin Putinin Türkiyəyə səfərinin tarixi məlum deyil.Mümkündür ki,Putinin Türkiyəyə səfəri gec baş tutsun.Bu,həm də Qərbə bir mesajdır.
Reallıq budur ki, Reallıq budur ki,bu qış avtoritar və işgalçı Rusiya Qərbə çox şeylər yaşadacaq.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir