Gəlin bir məqamı bəri başdan vurgulayaq ki,əvvəlcə Kişinaudakı beştərəfli qeyri-rəsmi görüş(Əliyev,Paşinyan,Mişel,Şolz,Makron)daha sinra isə iyunun 27 və 39-da Vaşinqtonda keçirilən üçtərəfli(Blinken,Bayramov,Mirzoyan)gprüşləri istənilən nəticəni vermədi.Görünən budur ki,Bakı və İravan arasında bəzi kritik məsələlərdə-Qarabag ermənilərinin təhlükəsuzliyi və statusu,o cümlədən”beynəlxalq mexanizm”məsələlərində fikir ayrılıqları qalmaqda davam edir.Bakı israrla bəyan edir ki,Qarabag ermənilərinə reinteqrasiya təklif edir,Xankəndidəki separatçı adminstrasiya ilə birbaşa danışıqlara getməyəcək.Üstəlik,Azərbaycan tərəfi 2025-ci ildə Qarabagdakı Rusiya sülhməramlılarının bölgədən getməsini istəyir.
Nəzərə alaq ki,Azərbaycanda 2024-cü ildə parlament,2025-ci ildə isə prezident seçkilərinin keçiriləcəyi gözlənilər.Yəni,qarşıdan gələn iki ildə Azərbaycanda siyasi proseslərin nisbətən qızışmasını fərz etmək olar.Azərbaycan prezidenti İlham Əliyev isə tələsir və 2025-ci ilə rus sülhməramlılarının olmadıgı Qarabagla getmək istəyir.Lakin Rusiya da yerində rahat durmur,sülhməramlılarının daha uzun müddət Qarabagda qalmasına nail olmaq istəyir.Hətta Kreml Qarabagdakı sülhməramlılar üçün “beynəlxalq mandat” istəyir.Dogrunu da deməliyik ki,Əliyev hökuməti Qarabagdakı rus sülhməramlılarlna mandat vermək və vermək niyyətində də deyil.Buna rəgmən,vaxt sürətlə keçir,Qarabagdakı rus sülhməramlılarının ətrafında çəmbər daralır.
Bundan əlavə,Əliyev çalışır ki,Moskvanı çox qəzəbləndirməsin və Qərb platformasındakı danışıqlara daha çox diqqət ayırır.Iyulun 15-də Brüsseldə prezident İlham Əliyev,baş nazir Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında növbəti görüş keçiriləcək.Moskva isə Qərbdə keçirilən görüşlər ərəfəsində separatçıların vasitəsi ilə Qarabagdakı təxribatlarının intensivliyini artırır.Əvvəlcə Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova Bakıya çagırış etdi ki,Laçın yolundakı blokadaya son qoysun,daha sonra iyunun 15-də Həkəri çayı üzərində Azərbaycan bayragının asıldıgı dirəyin söküldüyünü əks etdirən görüntüyü bu gün yaydı.Şübhəsiz ki,bu,təsadüf deyil və Kreml həm Əliyevə,həm də Paşinyana deyir ki,Qərbin təşəbbüsü ilə aranızda sülh müqaviləsinin imzalanmasına imkan verməyəcəm.
Bəli,Əliyev iqtidarı göstərməyə çalışır ki,Rusiyadan çəkinmir hətta iqtidar mediası Ukrayna müharibəsində açıq-aşkar Kiyevi müdafiə edən media siyasəti yürüdür.Buna baxmayaraq,erməni mediası Ukraynada Rusiyanın işgalçılıq siyasətinə ya dəstək verir,ya da görməzdən gəlir.
Nəticə olaraq,qarşıdakı iki ildə Azərbaycan-Rusiya,Azərbaycan-Ermənistan və Qarabag mövzusunda ciddi qarşıdurmaların baş verəcəyini təxmin etmək olar.
Azərbaycanın Qarabagdakı separatçı ermənilərə qarşı “Qisas-3″əməliyyatı keçirəcəyi də istisna edilmir.Ancaq bu,o qədər də asan deyil.Ən başlıcası,Əliyev belə bir əməliyyata qərar vərməmişdən əvvəl,bunun beynəlxalq legitimliyinə tam nail olmalıdır.Əgər bu,olmasa,Azərbaycana qarşı sanksiyaların tətbiq ediləcəyini də hökumət təxmin edir.Bu baxımdan,rəsmi Bakı suyu “üfürə-üfürə içmək”məcburiyyətindədir.
Qarabag elə bir mövzudur ki,bəzən bu məsələ ətrafında Qərb və Rusiyanın strateji çıxarları üst-üstə düşür.
Kamal Əliyev