KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov:Rusiya da təsdiqlədi: Minsk Qrupu “təqaüdə çıxıb”- Jest, yoxsa manipulyasiya?

Kənan Novruzov:Rusiya da təsdiqlədi: Minsk Qrupu “təqaüdə çıxıb”- Jest, yoxsa manipulyasiya?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
275 0

“ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında bildirib.
“Minsk Qrupunu müzakirə etmədik. Çünki, bu, fransa və amerikalı üzvlərinin təşəbbüsü ilə fəaliyyətini dayandırıb. Lakin postmünaqişə dövründəki həll prosesini müzakirə etdik. Bunun üçün baza Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatıdır. Mövcud olan və illər boyu nəticəsiz müzakirə olunmuş bütün məsələlər 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş hadisələrdən sonra öz aktuallığını itirdi”, – Rusiya XİN rəhbəri deyib.
Lavrovun Bakıda Minsk Qrupunun fəaliyyətini dayandırması özü – özlüyündə müsbət haldır və maraqlarımıza uyğundur. Lakin Rusiya XİN başçısının bu bəyanatı məqsədsiz də deyil. İlk növbədə qeyd edək ki, indi Ukraynadakı müharibə ilə əlaqədar olaraq Moskvanın Bakının dəstəyinə ehtiyacı var. Odur ki, Lavrov Azərbaycanın rəğbətini qazanmaq istəyir. İkinci bir tərəfdən yenə də savaşla bağlı olaraq Rusiya ilə ABŞ və Fransa arasında müəyyən fikir ayrılıqları yaranıb. Xüsusilə Moskva ilə Vaşinqton arasında “soyuq yellər əsir”. Belə olan halda Kremlin həmin dövlətlərlə eyni platformada olmaq istəməməsi normaldır. Elə buna görə də Kreml Minsk Qrupunun artıq olmadığını söyləyib.
Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya Cənubi Qafqaz regionunda münasibətlərinin normallaşması prosesində Qərbin vasitəçiliyindən narahatdır. Rusiya Qərb ölkələrinin artıq təşəbbüsü ələ aldıqlarını görür. Rusiya buna mane olmaq niyyətindədir. Şimal qonşumuz istəyir ki, yenidən özü “sükan arxasına keçsin”, əvvəlki moderatorluq rolunu bərpa edə bilsin. Elə ona görə də Minsk Qrupuna alternativ olaraq Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış sənədin baza prinsiplərini xatırladıb. Bu, açıq- aydın Kremlin bölgə ilə bağlı maraqlarına və Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət verdiyinə işarədir.
Lavrov “mövcud olan və illər boyu nəticəsiz müzakirə olunmuş bütün məsələlər 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş hadisələrdən sonra öz aktuallığını itirdi” cümləsi ilə isə əslində Azərbaycanın 44 günlük savaşda Minsk Qrupunun işini gördüyünü etiraf etdi.
Rusiya XİN başçısının mətbuat konfransı zamanı Azərbaycanın müharibəyə dair neytral mövqeyini yüksək qiymətləndirməsi də birbaşa olaraq rəğbət qazanmaq, xoşa gəlmək üçündür.
Təmaslar bundan sonra da davam edəcək. Yaxın günlərdə liderlər arasında telefon danışıqlarının olacağı da mümkündür. Bütün hallarda indi Bakı ilə Moskva arasında iki əsas müzakirə predmeti var: Qarabağ və Ukrayna. Birinci məsələ daha çox bizim, ikinci isə Rusiyanın maraqları çərçivəsindədir. Azərbaycan bu məsələdən istifadə edərək regiondakı sülh və sabitlik üçün nəticəyönümlü addımlar ata bilər.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir