KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Top “Taliban”dadır…

Kənan Novruzov: Top “Taliban”dadır…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
318 0

“Taliban” hakimiyyəti Moskva formatlı görüşdən razı qalmaq barədə açıqlama verib. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə bildirib ki, “Taliban” hakimiyyətinin legitimləşməsi realdır: “Məncə, “Taliban” tanınacaq. Çünki orada əsl gücü var”. Görünür, görüş hər iki tərəfin ürəyincə olub. Hətta gözlənildiyi kimi, “Taliban”ın gələcək fəaliyyəti ilə bağlı tərəflər arasında konkret razılaşmaların əldə edilməsi də istisna deyil.
Məlumdur ki, Əfqanıstandakı yeni hakimiyyətdən ən çox narahat olanlardan biri məhz Kremldir. Bunu “Taliban” hakimiyyəti də bilməmiş deyil. Ola bilsin, rəsmi Moskva radikal qruplaşmaya legitimləşməsinə mane olmayacağı barədə vəd verib. Bir şərtlə ki, “Taliban” gələcəkdə nəinki Rusiyanın özü, onun müttəfiqləri, o cümlədən KTMT ölkələri üçün təhlükə yaratmamalıdır.
Türkiyə Əfqanıstanla bağlı hələlik loyal bəyanatlar səsləndirir. Hətta Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə dəfələrlə müsbət verib. Ola bilsin, Rusiyanın hazırkı mövqeyinin bir səbəbi də budur. Çünki Moskva ilə Ankara hər nə qədər “mehriban düşmən” olsalar da, bir çox hallarda bir- birilərini başa düşür, koordinasiyalı addım atırlar. Rusiyanın “Taliban”la bağlı radikal mövqeyi, yəqin ki, tərəflər arasındakı əlaqəyə təsir edərdi. Kreml, şübhəsiz, bunu nəzərə aldı.
İndi Ankara da, Moskva da “topu “Taliban”a ötürüb. Hər şey onun özünü necə aparacağından asılıdır. Unutmaq olmaz ki, müsbət mesajların leytmotovi eynidir: Əfqanıstandakı yeni hakimiyyət humanist dəyərlərə sadiq olmalıdır. Yəni “Taliban” hakimiyyətinin ilk dövründəki kimi(1995-2001) şəriət qanunları ilə gedib, dünyəvi dəyərlərə etinasız yanaşsa, “oyun qaydaları” dəyişəcək.
İkinci bir tərəfdən, Rusiya ABŞ- la da münasibətləri korlamaq istəmir. Məhz bu səbəbdən məhz Qərbin layihəsi olan “Taliban” a qarşı hələlik təmkinli davranır. Lakin, necə deyərlər, tanqo tək oynanılmır…
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir