KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Taxıl sazişi müharibəyə son qoya bilərmi?

Kənan Novruzov: Taxıl sazişi müharibəyə son qoya bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
281 0

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın İstanbulda Rusiya ilə Ukrayna arasında taxıl dəhlizinə dair imzalanan sazişlə bağlı müsahibə verib. O, bildirib ki, bu, sənəd müharibəyə son qoya bilər.
Doğrudan da, sözügedən sənəd qlobal ərzaq böhranının qarşısını almaqla yanaşı, həm də 5 aydan çoxdur davam edən savaşın bitməsi istiqamətində mühüm addım ola bilər.
Türkiyə müharibənin ilk vaxtlarında tərəflər arasında atəşkəsi təmin etməyə çalışırdı. Bu məqsədlə bir neçə dəfə İstanbulda görüş keçirildi. Lakin obyektiv və subyektiv səbəblər, o cümlədən Qərbin sabotajları ucbatından həmin təşəbbüslər nəticəsiz qaldı.
Ankara Moskva ilə Kiyev arasında sülhü təmin etməkdə, savaşa son qoymaqda maraqlıdır. Bunun bir neçə səbəbi var. Birincisi, Türkiyənin hər iki dövlətlə münasibətləri yaxşıdır. Və müharibənin uzanması Ankaranın maraqlarına uyğun deyil. Çünki gələcəkdə Ankaranın balanslı siyasəti davam etdirməsi getdikcə çətinləşə bilər.
İkincisi, müharibə artıq beynəlxalq problemə çevrilir. Gözlənilən aclıq böhranı bütün ölkələr kimi, Türkiyəni də narahat edir.
Üçüncüsü, bu cür böyük bir problemi həll etmək Türkiyənin beynəlxalq aləmdəki nüfuzunu artırmaqla yanaşı, həm də qarşıdan gələn prezident seçkiləri üçün Rəcəb Tayyib Ərdoğana əlavə divident olacaq.
Çox güman ki, Ərdoğan Rusiya ilə Ukrayna arasında, heç olmasa, qismən sabitliyə nail olmaq, tərəfləri ortaq məxrəcə gətirmək üçün təşəbbüslərini bundan sonra da davam etdirəcək. Amma İbrahim Kalının iddiasının nə qədər real olduğu, yəni taxıl sazişinin müharibəyə son qoya biləcəyi o qədər də asan deyil. Bunun da müxtəlif səbəbləri var. Birincisi, Rusiya hələ ki, geri çəkilənə oxşamır. Ölkənin xarici işlər Sergey Lavrov bu günlərdə dedi ki, taxıl sazişinin imzalanması “xüsusi hərbi əməliyyatın” davam etdirilməməsi üçün səbəb deyil.
İkincisi, Qərb müharibənin bitməsində maraqlı deyil. Kollektiv Qərbin məqsədinin nə olmağından asılı olmayaraq – Rusiyanın çökməsi və ya Ukraynanın parçalanması- hələ buna nail olmayıb. Deməli, Qərb məqsədinə çatanadək savaşın davam etməsi üçün çalışacam. Bir neçə gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin taxıl sazişinə alternativ olaraq təklif etdiyi “B” planı da bu baxımdan xarakterizə edilməlidir.
Üçüncüsü, Ukrayna torpaqlarının işğal altında qalması ilə barışmaz. Əgər yekun sülh müqaviləsi imzalansa, onda gərək işğal edilən bütün torpaqlar Ukraynaya qaytarılsın. Rusiya isə bununla razı olmaz. Ən azından hələlik.
Beləliklə, müharibənin yaxın gələcəkdə başa çatacağı ağlabatan görünmür. Lakin sülhü təmin edə biləcək ən real qüvvə məhz Türkiyədir.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir