KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Siyasi sistemlər arasında mübarizə güclənir, qütbləşmə dərinləşir

Kənan Novruzov: Siyasi sistemlər arasında mübarizə güclənir, qütbləşmə dərinləşir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
205 0

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib ki, Ukraynada sülhün bərqərar olması üçün danışıqlar Ukrayna tərəfinin şərtləri əsasında aparılmalıdır.
“Bu iki ölkəni, Rusiya və Ukraynanı eyni səviyyəyə qoymaq məsuliyyətsizlikdir. Biri digərinin sərhədlərini silməyə, digəri isə həyatını qorumağa çalışır”, – Patel bildirib.
O həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin danışıqlarla bitəcəyi ilə bağlı sözlərini xatırladıb.
“Lakin bu, Ukrayna tərəfinin şərtləri ilə olmalıdır”, – Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.
Məlum olduğu kimi, Vaşinqton müharibənin ilk günündən etibarən Kiyevin mövqeyini dəstəkləyir. Ağ ev Ukraynaya həm hərbi, həm də diplomatik dəstək verir. Bunun əsas səbəbi isə ABŞ – la Rusiya arasındakı rəqabətdir. Ümumiyyətlə, əvvəllər də dediyimiz kimi, Ukraynadakı savaş ABŞ – dan idarə olunur. ABŞ istəsə müharibə başlamazdı. Və ya, əksinə, Vaşinqton iradə göstərsə, döyüşlər bu gün də başa çata bilər. Şübhəsiz ki, Qərb müharibənin uzanmasında maraqlıdır. Bunun arxasında isə Rusiyanı zəiflətmək niyyəti dayanır.
Əlbəttə, V. Patelin sözləri təkcə Dövlət Departamentinin deyil, həm də Ağ evin mövqeyini əks etdirir. Görünür, ABŞ hələ savaşın bitməsini istəmir və oxşar məzmunlu açıqlamalarla Ukraynanı mübarizəni davam etdirməyə təhrik edir. Bu mənada ABŞ – dan verilən açıqlamalar həm də manipulyasiya xarakterlidir.
Rusiya zəifləsə də, hələ bütün imkanları tükənməyib. Rəsmi Moskva sülh danışıqlarına hazır olduğunu bildirir. Bir şərtlə ki, Rusiyanın da maraqları nəzərə alınsın. Buna isə nəinki Ukrayna, heç ABŞ da razı olmur. Hətta ola bilsin, rəsmi Vaşinqtonun açıqlamaları həm də Kiyevə mesajdır.
Beləliklə, müharibənin yaxın vaxtda başa çatacağı ağlabatan görünmür. Əksinə, savaşın miqyası daha da genişlənəcək. Savaşın taleyi artıq döyüşən tərəflərin yox, daha böyük güclərin əlindədir. Bu isə o deməkdir ki, təkcə dövlətlərarası yox, həm də siyasi sistemlər arasında mübarizə gedir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir