KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiyada böhran

Kənan Novruzov: Rusiyada böhran

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
118 0

Şoyqu yalan danışır, Putinin səbri tükənir – Rusiyada böhran!

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib ki, Ukraynanın əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur. O bildirib ki, buna baxmayaraq, ABŞ və onun müttəfiqləri Ukraynanı dəstəkləməyə davam edir: “Ukrayna təlim keçməmiş, təcrübəsiz hərbçiləri döyüş meydanına atır. Qərbin bu cür hərəkətləri Ukraynanı məhvə doğru aparır”.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu daha əvvəl bildirmişdi ki, Rusiya Prezidenti Vladimir Putin döyüş meydanındakı durumun dəyişməsi üçün Şoyquya 1 ay vaxt verib. Bu, onu deməyə əsas verir ki, kreml rəhbəri hərbi uğursuzluqlardan narahatdır.
Rusiyalı nazir sözügedən açıqlama ilə bir növ məsuliyyətdən yayınmağa çalışıb. Amma əks-hücum əməliyyatının nəticəsinin olmadığını demək açıq-aşkar yalan danışmaqdır. Fakt ondan ibarətdir ki, Ukrayna işğal altındakı ərazilərini tədricən azad edir.
Üstəgəl, müharibə artıq Rusiya ərazisinə keçib. Paytaxt Moskvada və digər şəhərlərdə, demək olar, hər gün partlayışlar olur. Bu, Ukraynanın əks- hücum əməliyyatının hələlik ən pik nöqtəsidir.
Şoyqu əvvəllər olduğu kimi baş verənlərə görə yenə də Qərbi ittiham edib. Əslində onun bu fikirlərində müəyyən həqiqət var.
Əvvəllər də dediyimiz kimi, Ukraynadakı müharibə əslində Qərbin layihəsidir. Xüsusilə ABŞ Ukraynanı “bataqlığa” çevirdi, sonra da Rusiyanı bu “bataqlığa” çəkdi. İndi müharibənin taleyi xeyli dərəcədə məhz rəsmi Vaşinqtondan asılıdır. Çünki ABŞ Ukraynanı silahlandırmaqla birbaşa olaraq müharibənin uzanmasına şərait yaradır. Ukrayna geri çəkilə bilməz. Bu, rəsmi Kiyev üçün faciə olar.
Vurğuladığımız kimi, hazırda savaşın nəticəsinə ən çox təsir imkanına malik dövlət ABŞ – dır. Vaşinqton sonadək Kiyevi dəstəkləyərsə, bu, Ukraynanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnə bilər. Eyni zamanda savaşın Rusiya siyasi elitasında ciddi kataklizmlərə səbəb olması da gözlənilir. Amma müəyyən mərhələdən sonra ABŞ Ukraynaya dəstəyi dayandıra bilər. Belə olarsa, Rusiya üstünlüyü ələ alacaq.
Bəzi ekspertlərin fikrincə, ABŞ – la Rusiya arasında gizli razılaşma var. Məqsəd Ukraynanı yarı bölməkdir: işğal altındakı ərazilər Rusiyada qalacaq, digər ərazilər Ukrayna vahid dövləti kimi NATO – ya qatılacaq. Belə bir ehtimal azdır, amma var.
Şoyqu çıxışı zamanı həm də ona diqqət çəkib ki, Rusiya bütövlükdə Qərblə mübarizə aparmasına baxmayaraq, əks- hücumların qarşısını ala bilir. O, bununla Ukraynanın hərbi qüdrətini göstərməyə çalışıb.
Bütün hallarda zaman Rusiyanın əleyhinə işləyir. Kremlin Müdafiə Nazirliyindən narazılığı getdikcə artır. Şoyqunun istefaya göndəriləcəyini düşünmürəm. Bu, daha ciddi problemlərə gətirib çıxara bilər. Amma belə getsə, Putin özü öz işini görməli olacaq: nüvə savaşı ehtimalı artır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir