KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya Qərbin “əsəbləri ilə oynayır”

Kənan Novruzov: Rusiya Qərbin “əsəbləri ilə oynayır”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
388 0

Rusiya ilə Ukrayna arasında gərginlik davam edir. Qərbin proseslərə münasibəti isə özünü getdikcə daha aydın göstərir. Bir çox Avropa ölkələri, o cümlədən ABŞ Ukraynanı açıq- aşkar dəstəkləyir. Həmçinin beynəlxalq təşkilatların mövqeyi də tədricən müəyyənləşir. Məsələn, ATƏT- in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde bu günlərdə Ukraynanın suverenliyinini və ərazi bütövlüyünü dəstəklədiyini açıq bildirib: “Rusiya gərginliyi azaltmalıdır. Növbəti işğal faktı güclü reaksiyaya səbəb olacaq. Avropanın təhlükəsizliyi qorunmalıdır”.
Avropa Birliyi baş diplomatı Josef Borel isə ABŞ və Britaniya ilə birlikdə Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların müzakirə olunduğunu söyləyib: “Biz çəkindiricilik mövqeyindəyik. Ukraynaya qarşı işğal Rusiyaya baha başa gələcək”.
Görünür, Rusiya artıq Qərbin “əsəbləri ilə oynamağa başlayıb”. Əslində bu, sadəcə üzdə olandır. Daha dərində isə ABŞ, Britaniya və digər bəzi Avropa ölkələri Rusiyaya şahmat dili ilə desək, ən azından “şah verməkdən” ötrü Ukrayna “kartından” istifadə edirlər. Onları maraqlandıran Kiyev yox, Moskvadır. Çünki Kreml region mübarizəsində artıq Qərbin “ayağına dolanır”.
Qərbin dəstəyini hiss edən Zelinski hakimiyyəti bir neçə dəfə proqnozlaşdırdığımız kimi, çox güman, geri çəkilməyəcək. Rusiya rəsmilərinin bəyanatları onu deməyə əsas verir ki, şimal qonşumuzun da belə fikri yoxdur. Bu isə müharibə ehtimalını getdikcə artırır. Potensial savaş zamanı Rusiyanın yanında hansı dövlətlərin olacağını indidən demək çətindir. Məsələ ondan ibarətdir ki, hazırda Rusiyanın müttəfiqləri belə, həmin vəziyyətdə ona qarşı çıxa bilərlər. Ancaq Ukraynanı dəstəkləyənlər az olmayacaq. Çünki Rusiya artıq dünyanın “baş ağrısına” çevrilib. Moskvanı SSRİ-ni bərpa etmək xəyalı, təkqütblü dünya arzusu ona baha başa gələcək.
Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir