KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya ilə Ermənistan arasında “çat”lar dərinləşən bilər

Kənan Novruzov: Rusiya ilə Ermənistan arasında “çat”lar dərinləşən bilər

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
345 0

Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin həmsədr olduqları Qarabağa dair üçtərəfli işçi qrupunun iclası yaxın günlərdə keçiriləcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib. Onun sözlə görə, bu həftə ərzində XİN xəttilə Bakıda təmaslar da nəzərdə tutulur.
Diplomatik nümayəndə qeyd edib ki, Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına əsas olaraq yüksək səviyyədəki üçtərəfli razılaşmaları görən Rusiya Bakı və İrəvanla bütün istiqamətlərdə, o cümlədən iqtisadi əlaqələrin və nəqliyyat bağlantılarının açılması, dövlət sərhədinin delimitasiyasına başlanması, sülh sazişinin razılaşdırılması məsələlərində yaxından çalışmağa davam edir.
Rusiya Azərbaycan və Ermənistanın bir-birinə doğru qarşılıqlı addımlar atmağa hazır olduqlarını qeyd edir. Bununla bağlı yüksək səviyyədə üçtərəfli təmaslarla bağlı işlər görüldüyü də diqqətə çatdırılıb.
“Nəticə gətirən formatlarda həqiqi işlər aparılır. Bu və ya başqa şəkildə mövcud formatlarda qalaraq işlərin getdiyini görürük. Başlıca diqqəti həmin formatlara, həqiqi nəticə verən sənədlərin icra olunmasına yetiririk. Bu nəticəni hər kəs, bütövlükdə region hiss edir” – deyə M.Zaxarova fikrini tamamlayıb.
Rusiyanın müxtəlif rəsmiləri, o cümlədən Zaxarova özü də indiyədək dəfələrlə oxşar bəyanatlar veriblər. Qəribəsi isə odur ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində nəticələr çox vaxt Türkiyənin, bəzi hallarda Qərbin vasitəçiliyi nəticəsində mümkün olur. Rusiya isə, əksinə, adətən prosesləri tormuzlatmağa çalışır. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ilk telefon danışığı Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığı vaxtda baş tutdu. Ardınca isə diplomatlar ikinci dəfə danışdılar(Əlbəttə, bu məsələdə rəsmi İrəvanın yeni reallıqları anlaması da mühüm rol oynayır).
İkinci mühüm məqam isə ondan ibarətdir ki, rəsmi İrəvan son vaxtlar loyal açıqlamalar verirdi. Əlaqələrin normallaşmasında maraqlı kimi görünürdü. Ermənistan Baş naziri Nikol Paşinyanın Moksvaya səfərindən sonra səsləndirilən bəyanatların məzmunu dəyişdi. Ardınca təxribat oldu. Sonra isə Ermənistanda Paşinyan əleyhinə aksiyalar başladı. Beləliklə, Kremlin səmimiliyi daha böyük sual altına düşdü.
Rusiya rəsmiləri, o cümlədən Zaxarova zaman- zaman belə açıqlamalar verməklə məsuliyyəti öz boyunlarından atmaq, belə demək mümkünsə, şübhələri yayındırmaq istəyirlər. İkincisi, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində yaxın günlərdə ciddi addımların atılması ehtimalı hər ötən gün artır. Bunu Rusiyada da bilirlər. Ona görə gələcəkdə əldə olunacaq nəticələri özlərinin töhfələri kimi təqdim etmək istəmələri də istisna deyil. Üçüncüsü, Moskva bu yolla proseslərdəki moderatorluq statusunu bərpa etmək istəyir. Və nəhayət, Ermənistanın “özbaşınalığına” görə Paşinyanı pis vəziyyətdə qoyması da mümkündür. Axı İrəvanın regiona dair siyasəti ilə bağlı direktivlər Moskvadan gəlirsə, bunun arxasında da durmalı idi. Ən azından Ermənistan üçün bu, daha arzuolunan idi.
Yəni Kreml ikili oynayır. Bu mənada Rusiya ilə Ermənistan əlaqələrində “çat”ların daha da dərinləşməsi gözləniləndir. Bunun birinci səbəbi Ukrayna ilə müharibə fonunda Rusiyanın tədricən zəifləyəcəyi ehtimalı və dünya siyasətindən təcrid olunmasıdırsa, ikincisi, əməli ilə sözünün üst- üstə düşməməsidir.
Bütün hallarda Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması prosesi davam edəcək. Zaxarovanın dediyi kimi, yaxın günlərdə üçtərəfli işçi qrupun iclasının keçirilməsi və sərhədlərin müəyyənləşdirilməsi bağlı yeni razılıqların əldə olunması mümkündür.
Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşə bilər: razılıqlar gözlənilir

Dünən Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair fikir mübadiləsi aparıblar. Diplomatlar, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə üçtərəfli komissiyanın fəaliyyəti barədə danışıblar. Bildirilib ki, mayın 13- də MDB xarici işlər nazirlərinin Tacikistanın paytaxtı Düşənbədə keçirilən iclası çərçivəsində Azərbaycan XİN başçısı Ceyhun Bayramovla rusiyalı və ermənistanlı həmkarlarının üçtərəfli görüşünün keçirilməsi gözlənilir.
İlk növbədə onu deyək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən və Prezident Vladimir Putinlə görüşündən sonra nazirlərin təması gözlənilən idi. Kreml Azərbaycanla Ermənistan arasında əlaqələrinin normallaşması prosesini öz nəzarətində saxlamaq istəyir. Yaxın günlərdə Lavrovla Bayramov arasında telefon danışığının baş tutması da gözləniləndir. Rusiya sülh müqaviləsinin imzalanmasında özünü maraqlı kimi göstərmək istəsə də, əslində məqsəd başqadır: prosesləri tormuzlatmaq. Paşinyanın Moskva səfərindən sonra baş verənlər, o cümlədən Baş nazirinin regionla bağlı bəyanatlarının məzmunundakı dəyişiklik, sərhəddə baş verən təxribat bunu deməyə əsas verir. Ermənistanda Paşinyan əleyhinə aksiyalar isə Rusiyanın Ermənistana təzyiqinin təzahürü kimi qiymətləndirilməlidir.
Doğrudur, Kreml Cənubi Qafqazla uzunillik siyasətinə sadiqdir. Yəni münaqişə ocağının qalmasını istəyir. Lakin nəzərə almaq lazımdır ki, artıq yeni reallıqlar yaranıb. Ukrayna ilə davam edən müharibə nəticəsində Rusiya sivil dünyadan getdikcə təcrid olunur, zəifləyir, imicini itirir. Əlbəttə, savaş, o cümlədən Qərbin tətbiq etdiyi sanksiyalar Moskvanın Cənubi Qafqazdakı təsir gücünü azaldır. Odur ki, Rusiya Azərbaycanla Ermənistan əlaqələrinin normallaşması istiqamətində hansısa nəticələrin əldə olunmasına yardım edə bilər. Çünki proses onsuz də başlayıb və sürətlə davam edir. Kreml yaxşı başa düşür ki, bəzi məsələlərə, o cümlədən sərhədlərin müəyyənləşdirilməsinə, sülh müqaviləsinin imzalanmasına müəyyən töhfələr vermək, proseslərin Qərbin vasitəçiliyi ilə və ya ikitərəfli formatda inkişafı daha yaxşıdır. Bu mənada Düşənbədə keçiriləcək görüşlərdə müəyyən razılıqlarını əldə olunacağını düşünmək olar. Müharibə nə qədər ki, bitməyib və nə qədər ki, Rusiya qalıb olmayıb regionda əməkdaşlıq platformasının formalaşması üçün optimal imkanlar yaranıb. Yəqin ki, yaxın gələcəkdə bu fürsətlərin nəticələrini görəcəyik.
Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir