KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Rusiya Əfqanıstana müdaxilə edəcəkmi?: Talibanı nələr gözləyir?

Kənan Novruzov: Rusiya Əfqanıstana müdaxilə edəcəkmi?: Talibanı nələr gözləyir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
289 0

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Əfqanıstandakı vəziyyətlə bağlı danışıb. O, Moskvanın İŞİD-in ölkədəki artan fəaliyyətindən narahatlığını ifadə edib. Zaxarova, həmçinin bildirib ki, Əfqanıstanla Tacikistan arasında vəziyyət gərginləşsə Rusiya müdaxilə etməli və ciddi tədbirlər görməli olacaq.
Əlbəttə, Talibanın aktivliyi, o cümlədən müvəqqəti olsa belə, hökumət yaratması Kremlin ürəyincə deyil. Şimal qonşumuz sözügedən radikal qruplaşmanın özünün Mərkəzi Asiyadakı təsir dairəsinə də müdaxiləsindən qorxur. Bu mənada Zaxarovanın bəyanatı Talibanın “qırmızı xətti” keçməməsi ilə bağlı ciddi mesaj idi.
Şübhəsiz, Rusiya ən son həddədək təmkinli davranmağa çalışacaq. Çünki Əfqanıstana hərbi müdaxilə ciddi problemlərə, təzyiqlərə səbəb ola bilər. Moskvanın gücü isə bildiyimizdən və ya bizə təqdim ediləndən daha azdır. İndi ona əlavə problem lazım deyil. Bu mənana Rusiya Talibana münasibətdə mümkün olduğu qədər “yumşaq güc” siyasətindən yararlanacaq. Psixoloji təsir isə bunlardan ən başlıcasıdır. Sözsüz ki, verilən açıqlamalar yeni hakimiyyətin əzmini qırmağa hesablanıb. Bundan sonra belə bəyanatların artacağı və daha radikal məzmunlu olması qətiyyən istisna deyil.
Tacikistanla Əfqanıstan arasındakı gərginliyin süni şəkildə, məhz Rusiyanın “dirijorluğu” ilə yaradılması da mümkündür. Ola bilsin, Moskva Əfqanıstana müdaxilə üçün “ayaq yeri” eləyir. Tacikistan vasitəsilə Talibanı hərbi əməliyyatlara təhrik edən Rusiya sonradan həmin dövləti müdafiə etmək adı ilə radikal qruplaşmaya ciddi zərbə vura bilər.
Düşünürəm ki, Taliban hakimiyyətinin uzun ömürlü olmasını istəyirsə, diqqətli olmalı, beynəlxalq kanyukturanı nəzərə alaraq addımlar atmalı, o cümlədən Moskvanın münasibətini görməzdən gəlməməlidir. Hakimiyyətini tam legitimləşdirməyənədək şəriət qaydaları qəbul etmək, radikal tədbirlər görmək də onun üçün “minus”dur. Hər halda Talibanın ilk hakimiyyəti dövründəki davranışı və bunun nəticəsi göz önündədir. Unutmayaq, tarix səhvləri bağışlamır.
Kənan Novruzov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir