KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Qərbin Qarabağ və Ukrayna məsələsinə münasibəti niyə eyni olmadı?!

Kənan Novruzov: Qərbin Qarabağ və Ukrayna məsələsinə münasibəti niyə eyni olmadı?!

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
298 0

Ukrayna məsələsində ABŞ- ın, Avropa qurumlarının, o cümlədən BMT- nin, Avropa İttifaqının, Avropa Şurasının mövqeləri aydın və qətidir. Müxtəlif rəsmilər ard- arda Kremlə xəbərdarlıq edir, müharibə başlayacağı təqdirdə Kiyevi müdafiə edəcəklərini bildirirlər. Bu bəyanatların nə qədər səmimi və real olması başqa mövzudur. Məsələ ondan ibarətdir ki, bir çox ekspertin fikrincə, ABŞ Rusiyaya zərbə vurmaq, ölkədə idarəolunan vəziyyət yaratmaqdan ötrü Ukrayna “kart” ından istifadə edir. Elə isə sual yaranır: özünü ölkələrin ərazi bütövlüyünün dəstəkçisi kimi göstərən Ağ ev niyə otuz il müddətində Qarabağ məsələsi ilə bağlı oxşar mövqe ortaya qoymadı?! Axı bu yolla da Kremli sıxışdırmaq mümkün idi. Hətta vasitəçilərdən biri olduğunu nəzərə alsaq Qarabağ məsələsində ABŞ- ın təsir imkanları daha çox idi.
Sualın obyektiv və subyektiv səbəbləri var. Hər şeydən əvvəl onu deyək ki, ABŞ- da ciddi erməni lobbisi mövcuddur. Həmin lobbinin senatın qərarlarına təsiri isə kifayət qədərdir. İkincisi, Cənubi Qafqaz regionunda münaqişənin həll olunmaması, əksinə, davam etməsi həmişə Qərbin ürəyincə olub. Çünki Qərb məhz bu adla regiona gələ bilərdi. Üçüncüsü, ola bilsin, Rusiyanın da həmsədr olması ABŞ üçün çəkindirici məqam rolunu oynayıb. Həmçinin Qarabağ məsələsində Azərbaycanla birbaşa düşmənlik edənin Ermənistan olması da ABŞ- ın Rusiyaya qarşı daha ciddi mövqe tutmasına imkan vermirdi( Hərçənd Vaşinqtonun İrəvana qarşı da obyektiv münasibətini görmədik). Başqa sözlə desək, Qarabağ məsələsində ABŞ- la Rusiya aşağı- yuxarı eyni mövqedən çıxış edirdilər.
Əlbəttə, otuz il ərzində beynəlxalq geosiyasi vəziyyətin, həmçinin hakimiyyətlərin dəyişməsi də bu və ya digər formada məsələyə təsir edə bilər. Lakin özünü demokratiya ocağı kimi təqdim edən ABŞ- ın Ukrayna və Qarabağ məsələsinə eyni rakursdan yanaşmaması bu dövlətin heç də şəffaf xarici siyasət yeritmədiyini göstərir. Kaş, Qərb Qarabağ məsələsinə də bu qədər can yandırardı. O zaman bu dövlətin beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyünə hörmətinə şübhə olmazdı. İndiki halda isə təəssüf ki, buna ciddi şübhə var.
Kənan Novruzov Kafkassam uzmanı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir