KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Qərbin “Böyük oyunu”: döyüşlərin Rusiya ərazisinə keçməsi mümkündür

Kənan Novruzov: Qərbin “Böyük oyunu”: döyüşlərin Rusiya ərazisinə keçməsi mümkündür

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
304 0

Ukraynanın Rusiyadakı obyektlərə hücumu tamamilə legitimdir. Bunu Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Hippi dünən “Times radio”ya müsahibəsində bildirib.
“Məsələ burasındadır ki, Ukrayna öz sərhədləri daxilində dinc yaşayan suveren dövlət idi. Başqa bir ölkə 130 minlik qoşunu ilə onun sərhədlərini pozmaq qərarına gəlib. Bu, Ukrayna ilə Rusiya arasında müharibənin başlamasının əsasını qoydu. Ukrayna rəqibin logistika xətlərinə, yanacaq ehtiyatlarına, sursat anbarlarına, dərinliyindəki obyektlərə zərbə endirməlidir. Bu, müharibənin bir hissəsidir”, – o deyib.
Krallığın müdafiə naziri Ben Volles isə vurğulayıb ki, Böyük Britaniya Ukraynanın Qərbin silahı ilə Rusiya ərazisinə hücumuna qarşı çıxmayacaq.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə söyləyib ki, danışıqların nəticə vermək ehtimalı azdır: “Biz məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq. Lakin, görünür, Kiyev bunda maraqlı deyil. Kiyevə silah-sursat tədarükü davam edərsə, danışıqların nəticə verməsi ehtimalı azdır”.
Nazir həmçinin söyləyib ki, Ukrayna tərəfinin onlara təqdim olunan təkliflərdən imtina etməsindən məyus olublar.
Hər iki açıqlama maraqlıdır. Proseslərin inkişafına əsasən deyə bilərik ki, yaxın vaxtlarda atəşkəs gözlənilmir. Bunun ən ciddi səbəbi isə Qərbin “böyük oyunu”dur. Qərb ölkələri müharibənin dayanmaması, əksinə, daha uzun çəkməsi üçün əlindən gələni edir. Rusiyanın qıcıqlandırılması, Ukraynanın silahlandırılması buna ən bariz nümunədir.
Məlumdur ki, Rusiya nə qədər zəifləsə, Qərb məqsədinə bir o qədər çatmış olacaq. Ben Vollesin dedikləri də bu baxımdan qiymətləndirilməlidir. Müharibə bir az da davam etsə və Moskva diplomatik masa arxasına oturmasa, bir müddətdən sonra hərbi əməliyyatların Rusiya ərazisinə keçməsi istisna deyil. Və bu zaman Qərbin Ukraynaya dəstəyi indikindən daha çox olacaq.
Doğrudur, buna şərait yaradan Qərb idi. Lakin müharibəni başladan, Ukraynaya hücuma keçən Rusiya oldu. Bu isə o deməkdir ki, Moskva bu savaşdan məğlubiyyətlə çıxmamaq üçün hər şeyi edəcək. Deməli, Ukraynanın tələblərinə uyğun danışıqlar masası arxasına oturmaq Kreml üçün arzuolunmazdır. Çox güman, Lavrov da açıqlamasında məhz bunu nəzərdə tutub.
Şübhəsiz ki, Rusiyadakı obyektlərin hədəf alınması Qərbin ürəyincədir. Britaniyalı nazir artıq bunun üçün hüquqi zəminin olduğunu diqqətə çatdırıb. Həmin hədəflərin bilavasitə Qərbin diktəsi ilə vurulacağı da mümkündür. Bütün hallarda çox güman ki, “Böyük oyun”un baş tutması üçün Qərbin Kiyevə dəstəyi daha da artacaq.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir