KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Putinin nümayəndəsi Suriya ilə bağlı Türkiyə gedir: Xahiş edəcək ki…

Kənan Novruzov: Putinin nümayəndəsi Suriya ilə bağlı Türkiyə gedir: Xahiş edəcək ki…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
243 0

Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə gedəcək. Səfərin detalları hələ ki, açıqlanmayıb. Amma bildirilib ki, xüsusi nümayəndə bir sıra rəsmi şəxslərlə görüşəcək. Görüşlər zamanı Suriyadakı durumun müzakirə olunacağı gözlənilir.

Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələri təxminən bir aydır ki, Suriya və İraqın şimalında “Pəncə- Qılınc” hava əməliyyatı keçirir. Əməliyyat çərçicəsində yüzlərlə terrorçu zərərsizləşdirilib. Prezident Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar quru əməliyyyatının başlana biləcəyi barədə anons veriblər. Bu, əlbəttə, ABŞ və Rusiyanı narahat edir. Moskva Ankaranın Suriya və İraqda quru əməliyyatına başlamasını istəmir. Bu mənada, çox güman ki, bu günkü görüşdə əməliyyatların perspektivi müzakirə ediləcək.

Lavrentyev Suriyadakı əməliyyatlarla bağlı Rusiyanın mövqeyini Türkiyəyə çatdıracaq. Amma bu, xahiş səviyyəsindən o tərəfə keçə bilməz. Rusiya Türkiyə ilə diktə dilində danışmağa cəsarət etməz. Bu halda Moskva Ankara qarşısında “gözü kölgəli ola bilər”. Çünki Ukrayna ilə Rusiya arasında davam edən müharibədə Türkiyə neytral mövqe tutan nadir Avropa, yeganə NATO dövlətidir. Kreml bu jesti unutmamalıdır. Rusiya başa düşməlidir ki, Suriyada Türkiyəyə mane olarsa, bu, bumeranq effekti verəcək və itirən özü olacaq. Əgər Rusiya Türkiyənin quru əməliyyatlarına başlamasını istəmirsə, onda bunun qarşılığını verməli, müxtəlif geosiyasi proseslər, o cümlədən Cənubi Qafqazdakı durumla bağlı bu dövlətin istəklərini yerinə yetirməlidir.

İkinci bir tərəfdən, son zamanlar Türkiyə Prezidenti Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında görüşün keçirilməsi məsələsi gündəmə gəlir. Ankara bu məsələdə ehtiyatlı davranır, tələsmir. Ərdoğan son çıxışlarından birində Əsədlə görüş ehtimalını istisna etmədiyini söyləmişdi. O bildirmişdi ki, siyasətdə inciklik olmaz, əgər uyğun şərait olarsa, lazımi addımlar atıla bilər.
Şübhəsiz ki, Ərdoğan “lazımi addımlar” deyəndə Türkiyənin Suriyadakı maraqlarının təmin olunmasını nəzərdə tutur. Başqa sözlə desək, Suriya ərazisində Türkiyəyə təhdidlər davam edərsə, ehtimal edilən görüş, yəqin ki, baş tutmayacaq.

Rusiya Ərdoğanla Əsədin görüşündə maraqlıdır. Hətta Kreml belə bir görüşə ev sahibliyi etməyə hazır olduğunu bildirib. Çünki liderlərin ehtimal edilən görüşü nəticəsində Suriyada “suların durulması” Moskvanın maraqlarına uyğundur.

Beləliklə, sabahkı görüşdə Türkiyə və Suriya liderləri arasında ehtimal edilən görüş barədə müzakirələrin baş tutması da mümkündür. Rəsmi Ankaranın loyal bəyanatlarına baxmayaraq, indiki halda qardaş ölkənin bu görüşə isti yanaşacağını düşünmürəm. Türkiyə ehtimal edilən görüşədək əvvəlcə öz təhlükəsizliyini tam təmin etməyə çalışacaq.
Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir