KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Paşinyan sülh masasında: regional proseslər necə dəyişə bilər?

Kənan Novruzov: Paşinyan sülh masasında: regional proseslər necə dəyişə bilər?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
314 0

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. O, bunu Nikol Paşinyan “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib: “Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, – Baş nazir vurğulayıb.
Əvvəllər də dediyimiz kimi, Ermənistan iqtidarı regiondakı yeni reallıqları anlayır. 44 günlük müharibədən sonra Paşinyanın regional siyasətində yeni xətt, əməkdaşlığa meyillik müşahidə olunur. Bu mənada onun yekun sülh sazişinə hazır olması barədə səsləndirdiyi bəyanat gözlənilən idi. Sadəcə baş nazir bir müddət xalqı buna hazırladı.
Ermənistan hakimiyyətinin bölgə ilə bağlı hazırkı konstruktiv mövqeyində, şübhəsiz ki, Türkiyə ilə təmaslar, əlaqələr də mühüm rol oynayır.
İkinci bir tərəfdən, Paşinyanın bu bəyanatı məhz indi, Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda səsləndirməsi, yəqin ki, təsadüfi deyil. Görünür, o, əvvəlcə Qazaxıstanda, sonra da isə Ukraynada yaşanılanların gələcəkdə postsovet məkanındakı digər ölkələrə, o cümlədən Ermənistanın başına gətirilə biləcəyini anlayır. Və rəsmi İrəvanın bu sınaqdan çıxa bilməyəcəyini bilir. Ona görə də indidən xarici siyasətində müəyyən dəyişikliklər etmək istəyir.
Böyük ehtimalla Ermənistan nümayəndələri Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcəklər. Həmin sammitdə Azərbaycan və Türkiyə nümayəndələri ilə ikitərəfli və ya üçtərəfli görüşlərin keçirilməsi mümkündür. O müzakirələr isə Ermənistanın regionla bağlı siyasətinində daha qətiyyətli davranmasında mühüm rol oynayacaq. Güman ki, əməli addımlara da məhz o toplantıdan sonra start veriləcək.
Ermənistan müxalifəti əlaqələrin bərpasını istəmir. Ona görə də yaxın günlərdə təxribatların təkrarlanması, daxildə etiraz aksiyalarının baş verməsi gözləniləndir.
Rusiyaya gəldikdə isə, ola bilsin, Putin regionla bağlı ambisiyalarını müvəqqəti olsa da müəyyən mənada azaltsın və sülh müqaviləsinə ən azı hələlik qarşı olmasın. Bu, Ukrayna ilə aparılan savaş və Kremlin beynəlxalq aləmdə təklənməsi ilə bağlıdır.
Hər halda müharibənin davam etməsi fonunda, Moskvanın zəifləməsi regiondakı sabitlik baxımından əhəmiyyətlidir. Cənubi Qafqazın taleyi xeyli dərəcədə bu hərbi əməliyyatların nəticəsindən asılıdır. Rusiya uduzsa, region rahat nəfəs ala biləcək, əks halda isə təzyiqlər bir az da artacaq.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir