KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Paşinyan siyasi iradə göstərməlidir: indi bacarmasa, sonra gec olacaq

Kənan Novruzov: Paşinyan siyasi iradə göstərməlidir: indi bacarmasa, sonra gec olacaq

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
318 0

“Ermənistanın xarici işlər naziri ilə telefon danışığından müəyyən nəticələr əldə olunub”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvili ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O, gürcüstanlı həmkarı ilə görüşdə münaqişəsonrası vəziyyəti və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması məsələsini müzakirə etdiyini, həmçinin onu Ermənistan ilə sülh müqaviləsinin imzalanması üzərində aparılan işlər və ermənistanlı həmkarı Ararat Mirzoyanla apardığı telefon danışığı barədə məlumatlandırdığını bildirib.
“Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığımız olub. Artıq Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün müvafiq şərait mövcuddur”, – C.Bayramov deyib.
Nazir Birgə Sərhəd Komissiyasının üzvlərinin razılaşdırıldığını, yaxın zamanda bu komissiyanın, həmçinin sülh müqaviləsinin işlənib hazırlanması üzrə işçi qrupun iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirib.
Azərbaycanın XİN başçısı regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb.
Həqiqətən, regionda ciddi proseslər baş verir. Bunun iki səbəbi var. Birincisi, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası istiqamətində atılan addımlardır. İkincisi isə Rusiya ilə Ukrayna arasında davam edən müharibədir. Bu savaş Cənubi Qafqaz, o cümlədən Ermənistanın bölgə ilə bağlı xarici siyasəti üçün yeni reallıqlar yaradıb. Ermənistan Baş naziri Nikol Paşinyan Şərqi Avropadakı döyüşlər başa çatanadək Azərbaycanla əlaqələrdə ciddi nəticələrin əldə olunmasında maraqlıdır. Bunun səbəblərini əvvəllər də qeyd etmişik: müharibənin nəticəsi heç bir halda İrəvana sərf etmir. Çünki Rusiya məğlub olsa, Ermənistan “çətir”ini itirəcək. Əks halda isə ona təzyiqlər daha da artacaq. Paşinyanın Moksva səfərinədək şəxsən onun və xarici işlər naziri Ararat Mirzoyanın regionla bağlı səsləndirdikləri bəyanatlar nisbətən loyal idi. Həmin açıqlamalar Ermənistanın regional sülh və sabitliyi arzuladığını göstərirdi. Lakin gözlənildiyi kimi oldu: Paşinyanla Rusiya lideri Vladimir Putinin görüşündən sonra Ermənistanın ritorikası dəyişdi. Paşinyan əvvəlki fikirlərinə zidd bəyanatlar səsləndirdi. Həmçinin erməni diversantın Azərbaycan ərazisinə keçmək cəhdi də bu baxımdan qiymətləndirilməlidir. Məsələ ondan ibarətdir ki, Kreml Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını, o cümlədən yekun sülh müqaviləsinin imzalanmasını istəmir. Ona görə də belə əngəllər yaradır. Son günlər Ermənistan daxilində hakimiyyət əleyhinə aksiyaların da Rusiyanın Paşinyana təzyiqinin təzahürü olması mümkündür. Bu baxımdan, İrəvanın işi asan deyil. Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşması Ermənistan üçün ən optimal yoldur. Hərçənd bu, Paşinyan administrasiyasından siyasi iradə tələb edir.
Nəzərə almaq lazımdır ki, Qərb və Rusiya regionda rəqibdirlər. Qərb Kremlin Cənubi Qafqazdakı mövqelərinin zəifləməsini istəyir. Bunun üçün Rusiyanın Ermənistan üzərindəki təsirinin minimuma enməsinə çalışır. Odur ki, Rusiya ilə Ukrayna arasında müharibə davam etdikcə Cənubi Qafqazla bağlı daha ciddi hədisələrin şahidi ola bilərik. Yəqin, birgə sərhəd komissiyasının fəaliyyətinin nəticələrini də görəcəyik. Rusiya Ermənistana təzyiqləri hər nə qədər artırmağa, “suları bulandırmağa” çalışsa da Paşinyan yaxşı başa düşür ki, indi siyasi iradə nümayiş etdirməsə, sonra onun üçün daha böyük problem yaranacaq.
Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir