KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Medvedev xəbərdarlıq etdi: Nüvə müharibəsi başlayır?

Kənan Novruzov: Medvedev xəbərdarlıq etdi: Nüvə müharibəsi başlayır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
161 0

 

Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev deyib ki, Rusiya ilə NATO ölkələri arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək. Onun sözlərinə görə, Qərb ehtimal olunan təhlükəni dərk etmir.
D.Medvedev söyləyib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də nüvə silahı ilə təmin edəcəklər.
Keçmiş prezident əvvəllər də bir neçə dəfə oxşar bəyanatlar səsləndirib. Müxtəlif müstəqil analitiklərin və institutların fikrincə, Kremlin nüvə müharibəsi ilə bağlı təhdidləri sadəcə blefdir və belə bir ehtimal çox azdır.
Maraqlıdır ki, D. Medvedevin bu açıqlaması Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlaması, “Vaqner” muzdlu hərbi təşkilatının Donetsk vilayətinin Baxmut şəhərindən çıxmağa hazırlaşdığı vaxta təsadüf etdi. Üstəgəl, döyüşlər artıq Rusiya ərazisinə keçib. Belə ki, Ukrayna döyüşçüləri Rusiyanın Belqorod şəhəri ətrafında aktiv əməliyyatlar həyata keçirir. Bundan başqa Rusiyanın qanunsuz şəkildə 2014-cü ildə ilhaq etdiyi Krımda intensiv tez-tez partlayışlar baş verir. Bütün bunlar göstərir ki, Rusiya artıq “dalana dirənib”. Belə bir vaxtda D. Medvedevin nüvə müharibəsi ilə bağlı səsləndirdiyi təhdidləri təsadüfi hesab etmək olmaz. Görünür, Kreml nüvə silahından hər şeydən əvvəl çəkindiricilik üçün istifadə edir.
Dediyimiz kimi, Təhlükəsizlik Şurasının sədr müavini artıq bir neçə dəfədir ki, bu barədə danışır. Amma hələ ki, nüvə silahı tətbiq olunmayıb.
Belarusda nüvə silahının yerləşdirilməsi ehtimal nüvə müharibəsinə hazırlıq kimi qiymətləndirilə bilər. Yaxud da, ola bilsin, Rusiya bu addımla öz ciddiliyini göstərmək istəyir.
Əlbəttə, nüvə silahının tətbiqi asan məsələ deyil. Bu, kifayət qədər riskli qərardır. Çünki adekvat cavab veriləcək. Buna baxmayaq, Rusiya məğlubiyyətə yaxınlaşdıqca nüvə müharibəsi ilə bağlı ehtimallar artır.
Nüvə silahının tətbiqi ilə bağlı hədələr özünü doğrultmadıqca Rusiyanın bir dövlət kimi qətiyyətinə inam azalır. Bu, Rəsmi Moskvanın imicinə zərbə vurur. Odur ki, Kreml zədələnmiş reputasiyasını bərpa etməyə çalışmalıdır.
D. Medvedev ABŞ və Aİ- ni Ukraynaya nüvə silahı verməklə ittiham etməklə həm də ata biləcəyi addım üçün zəmin yaradır. Keçmiş prezident demək istəyir ki, biz preventiv addım atmağa məcburuq.
Bütün bunlara baxmayaraq, yaxın zamanda nüvə müharibəsinin başlana biləcəyinə inanmıram. Rusiya məğlubiyyətdən başqa yolunun olmadığından əmin olanda bu addımı atacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir