KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Makronun cəhdləri uğursuz olacaq

Kənan Novruzov: Makronun cəhdləri uğursuz olacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
325 0

Fransa Prezidenti Emmanuel Makron fevralın 7- də, yəni sabah Rusiyaya səfər edəcək. Növbəti gün isə onun Ukraynada olacağı bildirilib. Dövlət başçısının tələm- tələsik verdiyi bu qərar əslində təəccüblü deyil. Belə ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri və vasitəçilik təşəbbüsü Makronu narahat etməyə başlayıb. Ona görə də Ərdoğanın səfərindən dərhal sonra rusiyalı və ukraynalı həmkarları ilə telefonla danışdı. “Ürəyi soyumadı”. İndi də üzbəüz müzakirələr aparacaq.
Paris İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə də Ankaranın vasitəçiliyinə mane olmaq istəyəcək. Bunun əvəzinə öz moderatorluğunu təklif edəcək. Çünki proseslərin nəzarəti altında olmaq istəyir. Bu isə şəxsi maraqlardan xəbər verir.
NATO- nun Ukraynanı müdafiə etdiyinə və Fransanın həmin alyansın üzvü olmasına baxmayaraq, Makronun əvvəlcə Rusiyaya səfər etməsi onun Putinin şəxsinə və fikirlərina daha çox önəm verdiyini göstərir. Bu da təbii ki, güc faktoru ilə bağlıdır. Fransa Prezidenti Zelenski ilə müzakirəsinin tezislərini Putinlə apardığı fikir mübadiləsinin nəticələrinə uyğun tənzimləyəcək. Son vaxtlar Böyük Britaniya, Almaniya rəsmilərinin də Ukrayna ilə təmaslarını nəzərə alsaq, bəlkə də, Makron- Putin görüşündə Kiyevin NATO- ya üzvlüyü məsələsi müzakirə oluna bilər. Hər halda bu məsələ Rusiya və Ukrayna üçün çox mühümdür. Qərb isə sözügedən “kozur”dan tərəflərin hər ikisinə qarşı təsir vasitəsi kimi istifadə edə bilər. Bunun Rusiyanı daha çox sıxışdırılması, Ukraynanın isə müəyyən mənada güzəştə məcbur edilməsi ilə müşahidə olunması mümkündür. Başqa sözlə desək, Moskva hədələnə, Kiyev isə şirnikləndirilə bilər.
Makron hər iki həmkarı ilə görüşüb səmərəli keçməsinə çalışacaq. Bu, “oyuna daxil olmaq” üçün lazımdır. Hətta, ola bilsin, o, Putin və Zelenskini Fransaya dəvət etsin.
Çox böyük ehtimalla, hər üç lider görüşlərin məhsuldar keçdiyini deyəcək. Lakin Makronun cəhdlərinin uğurlu alınacağı, həmçinin hansısa real razılığın olacağı ağlabatan deyil. Çünki Ərdoğan Putin üçün də, Zelenski üçün daha səmimi, etibarlı liderdir.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir