KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İranla bağlı qərar verilib: Hərbi əməliyyatlar…

Kənan Novruzov: İranla bağlı qərar verilib: Hərbi əməliyyatlar…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
204 0

ABŞ dövlət katibi Entoni Blinken İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmədiyini bildirib.
Onun sözlərinə görə, İranla bağlı bütün variantlar nəzərdən keçirilir. Bununla belə, Blinken diplomatiyaya üstünlük verdiklərini xatırladıb.
Bir müddət əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İsrailə səfər etmiş və bir sıra rəsmi şəxslərlə görüşmüşdü. Həmin müzakirələrin əsas mövzusu İranla münasibətlər idi. Böyük ehtimalla tərəflər gələcək addımlar barədə razılığa gəlmişdilər.
Bu səfərdən sonra Misir Prezidenti Sisi Azərbaycana gəldi. Həmin gün Tehrandakı səfirliyimizə hücum oldu, ardınca İsraildə silahlı hücumlar qeydə alındı. Sonra isə İsrailin İranda hava hücumuna başladığı iddia edildi, ölkədə yüzlərlə insanın yaralanması ilə nəticələnən zəlzələ baş verdi.
Bu ardıcıllıq heç də təsadüfi deyil. Proseslər arasında əlaqələr var. Hadisələri yalnız “aysberqin görünən tərəfi” nə əsasən qiymətləndirmək doğru olmaz.
Proseslərdə maraqlı olan və qarşıya konkret məqsədlər qoyan “gizli əllər” var.
Əvvəllər də dediyimiz kimi, Qərb formalaşmaqda olan yeni dünya nizamında Rusiya və İranın olmasını istəmir. Rusiya ilə bağlı layihə bir il əvvəl işə düşüb və davam edir. İndi növbə İrandadır. Qərb dövlətləri, o cümlədən ABŞ İranı zəiflətmək üçün bütün yollardan istifadə etməyə hazırdır.
Qərbin Tehrana təzyiqlərinin əsas səbəbi və həm də bəhanəsi bu dövlətin nüvə silahına sahib olmaq istəyidir. Bu, ABŞ və müttəfiqlərini narahat edir. Onlar rəqiblərinin güclənməsini istəmirlər. Çünki İran nüvə silahını təkmilləşdirərsə, bu dövlətə “batmaq” daha çətin olacaq. Ona görə də Qərb İrandan tez davranmaq istəyir.
Yaxın vaxtlarda ABŞ – ın İranda hərbi əməliyyatlara başlaması inandırıcı deyil. Vaşinqton hələ bir neçə dəfə də oxşar xəbərdarlıqlar edəcək. Həmçinin İrandakı xaos daha da genişlənəcək. Müxtəlif yollarla Tehrana təzyiqlər artacaq. Sözsüz ki, bu prosesdə ABŞ – ın əsas müttəfiqi İsraildir.
Dediyimiz kimi, aktiv hərbi əməliyyatların başlanmasına hələ bir az var. Buna baxmayaraq, İranla bağlı qərar artıq verilib: bu dövlət yeni dünya nizamında olmalıdır. Necə deyərlər, “halva artıq çalınıb”.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir