KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İranda aksiyaların növbəti mərhələsi başlandı

Kənan Novruzov: İranda aksiyaların növbəti mərhələsi başlandı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
178 0

İranın paytaxtı Tehranda və digər şəhərlərində sakinlər məktəbli qızların naməlum maddədən zəhərlənməsi ilə əlaqədar etirazlara başlayıblar.
Uşaqların ürək bulanması və baş ağrısından şikayətləndiyi bildirilir. Naməlum maddədən zərərçəkənlər bir neçə yüz nəfərdir.

Zəhərlənmə ölkənin 31 əyalətindən 10-da, azı 30 məktəbdə qeydə alınıb.

Tehranda vanlideynlər Təhsil Nazirliyinin binası qarşısında mitinq keçiriblər. Eyni zamanda digər şəhərlərdə aksiyalar təşkil olunub.

Bir müddət əvvəl İranda kütləvi zəhərlənmə ilə bağlı məlumatlar yayılmışdı. Həmin vaxtdan etibarən bir çox ekspert düşünürdü ki, növbəti aksiyalar məhz kütləvi zəhərlənmə ilə bağlı olacaq. Proqnozlar özünü doğrultdu. Beləliklə, etiraz aksiyalarında yeni mərhələ başlandı.

Sözsüz ki, kütləvi zəhərlənmədə “gizli əllər” var. İllər uzunu xalqı ilə kölə kimi davranan molla rejimi üçün bu addım heç də təəccüblü olmamalıdır. Amma məntiqlə düşünsək, belə bir addım indki halda hakimiyyətə sərf etmir. Çünki iqtidar başa düşməli idi ki, müəmmalı ölüm halları aksiyaları daha da şiddətləndirəcək.

Əvvəllər də dediyimiz kimi, İranda aksiyalarda maraqlı olan əsas qüvvə Qərbdir. ABŞ və müttəfiqləri mövcud durumdan istifadə edərək molla rejimini zəiflətmək istəyir.

Aksiyaların yaxın vaxtda səngiyəcəyi ağlabatan görünmür. Əksinə, yəqin ki, mitinqlərin miqyası daha da genişlənəcək. Etirazların növbəti mərhələsinin başlanması da mümkündür.
Xalqın uzun illərdən sonra, nəhayət, ayağa qalxması nəticəsiz qalmayacaq. Bu, hətta hakimiyyət dəyişikliyi ilə də nəticələnə bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir