KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistanın “texniki problem” hiyləsi: Vaxtı uzatmağa çalışır

Kənan Novruzov: Ermənistanın “texniki problem” hiyləsi: Vaxtı uzatmağa çalışır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
198 0


Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması məsələsində qarşılıqlı anlaşma əldə edilib, lakin aydınlaşdırılmalı olan texniki məsələlər qalır. Onun sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı ümumi məsələlərdə qarşılıqlı anlaşma və mövcud problemlər texniki xarakter daşıyır: “Biz bütün yolların açılmasının tərəfdarıyıq”.
Rəsmi İrəvan indiyədək dəfələrlə oxşar açıqlamalar verib. Belə ki, Ermənistan rəsmiləri əvvəlcə hər şeyin qaydasında olduğunu deyir, sonra da bir “əmma” çıxarırlar.
Öncə onu deyək ki, regional kommunikasiyaların açılması qaçılmazdır. Azərbaycan öz siyasəti iradəsi nəticəsində buna nail olacaq. Ermənistan istəsə də, istəməsə də. Bunu Ermənistan hərbi-siyasi rəhbərliyi də anlayır. Bu mənada Ermənistan rəsmilərinin, o cümlədən A. Simonyanın söylədikləri Ermənistanın yox, Azərbaycanın siyasi iradəsinin təzahürü kimi qiymətləndirilməlidir.
İkinci bir tərəfdən, dediyimiz kimi, Ermənistan artıq neçənci dəfədir ki, texniki məsələlər bəhanəsi ilə prosesi uzatmağa çalışır. Ermənistan rəsmilərinin “texniki məsələ” adlandırdığı bir çox məqam əslində onların qeyri-sağlam mövqeləri ilə bağlıdır. Rəsmi İrəvan qəbul etmədiyi tələblərimizi texniki və xırda amil kimi göstərməyə çalışır. Elə təəssürat yaratmağa çalışır ki, sanki bu məqamlar əhəmiyyətli deyil və olmasa da olar. Hərçənd belə deyil. Ermənistanın razılaşmadığı məqamlar birbaşa olaraq nəqliyyat kommunikasiyalarının açılmasına, həmçinin sülh quruculuğu prosesinə mane olur.
Ermənistan hərbi- siyasi hakimiyyətinin “texniki problem” kimi nəyi nəzərdə tutmasının bizim üçün fərqi yoxdur. Bu, İrəvanın maraqlarına uyğun olaraq vaxt qazanılması üçün əsas ola bilməz. Qarşı tərəfin Azərbaycanın şərtləri ilə razılaşmaqdan başqa yolu yoxdur. İstənilən sabotaj cəhdi Ermənistan üçün daha ağır nəticələrə səbəb ola bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir