KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistan yeni müharibəyə hazırlaşır?: Nəticənin altından çıxa bilməz

Kənan Novruzov: Ermənistan yeni müharibəyə hazırlaşır?: Nəticənin altından çıxa bilməz

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
157 0

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.
Ermənistanın təxribatları son zamanlar intensiv hal alıb. Bu isə baş nazir Nikol Paşinyanın sülhlə bağlı açıqlamaları ilə uzlaşmır. Çünki provokasiyalar sülh quruculuğu prosesinə və qarşılıqlı etimad mühitinə zərbə vurur.
Əvvəllər də dediyimiz kimi, provokasiyaların sülh quruculuğu prosesini istəməyən üçüncü qüvvə tərəfindən idarə olunması istisna deyil. Amma buna görə məsuliyyəti biz yox, rəsmi İrəvan daşıyır.
Ermənistan hərbi-siyasi hakimiyyəti başa düşməlidir ki, davam edən sabotaj cəhdləri bu dövlətin sülh müqaviləsi ilə bağlı səmimiliyini ciddi sual altına qoyur.
Azərbaycan sözügedən provokasiyalara adekvat cavab verir. Amma, şübhəsiz ki, proses davamlı olaraq belə davam edə bilməz. Görünür, Ermənistan Azərbaycan ordusunun gördüyü adekvat cavab tədbirlərindən dərs çıxarmırlar. Bu isə daha ciddi addımların atılmasını zəruri edir.
Müdafiə Nazirliyinin dünən yaydığı başqa bir məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Adekvat addım nəticəsində diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.
Bu və digər hadisələr, o cümlədən Ermənistanın sürətlə silahlanması göstərir ki, qarşı tərəf müharibəyə hazırlaşır. Bu isə Azərbaycan ordusunun növbəti anti-terror əməliyyatına başlaması ehtimalını artırır.
Bəlkə də, Ermənistan və ondan alət kimi istifadə etmək istəyən qüvvələr yeni müharibə arzusundadırlar. Amma başa düşmək lazımdır ki, ehtimal edilən savaş Ermənistan üçün yaxşı nəsə vəd etmir. Əgər yenidən genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, rəsmi İrəvan çətin ki, bunun altından çıxa…

    Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir