KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Ermənistan Azərbaycanın səmimi səylərinə adekvat cavab verməlidir

Kənan Novruzov: Ermənistan Azərbaycanın səmimi səylərinə adekvat cavab verməlidir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
188 0

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilmiş görüşü şərh edib. Bildirilib ki, Ermənistan Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəbul edib.
Nazirlik görüşü faydalı və nəticəyönümlü hesab etdiyini açıqlayıb.
Məlum olduğu kimi, danışıqlarla bağlı üç əsas format var: Brüssel, Vaşqinton və Moskva. Son zamanlar Avropa İttifaqı və ABŞ Rusiyanı qabaqlayır. Bunun əsas səbəbi Rusiyanın başının Ukraynadakı müharibəyə qarışmasıdır.
Brüssel və Vaşinqton platformaları bir sıra hallarda bir-birini tamamlayır.
Ümumiyyətlə, Qərbin və Rusiyanın danışıqlar prosesinə mövqeyi fərqlidir. ABŞ və Aİ-nin regiondakı maraqları daha çox iqtisadi kontekslidir. Bu maraqların təmin olunması üçün bölgədə təhlükəsizlik təmin olunmalı, nəqliyyat-kommunikasiya xəttləri açılmalıdır.
Rusiya isə əksinə, regiondakı gərginlikdə maraqlıdır. Çünki bölgədə “sular durularsa”, rəsmi Moskva buradakı mövcudluğunu təmin edə bilməyəcək. Daha rus sülhməramlılarının mövcudluğuna da ehtiyac qalmayacaq.
Əlbəttə, hazırda bizim üçün sərfəli variant Qərb platformalarıdır. Azərbaycanın bu formatlara daha səmimi yanaşması da təsadüfi deyil.
Vaşinqton və Brüsseldə keçirilən görüşlərdə adətən müəyyən nəticələr əldə olunur. Hər halda müzakirələr maraqlarımıza uyğun baş tutur. Bu mənada, şübhəsiz ki, sözügedən formatlardan imtina etmək doğru olmaz.
Fikrimcə, Aİ- nin işinə mane olan əsas tərəf sözügedən qurumun sədri olan Fransadır. Çünki rəsmi Paris reallıqları qəbul etmək istəmir. Fransa Prezidenti Emmanuel Makron məsələlərə obyektiv yox, subyektiv mövqedən yanaşır. Buna baxmayaraq, Azərbaycan öz işini görür.
Kənar qüvvələrin sabotaj cəhdlərinə baxmayaraq, fikrimcə, proses davam edəcək. Rəsmi Bakının iradəsi və humanist mövqeyi nəticəsində biz tədricən sülh müqaviləsinə doğru gedirik. Ermənistan da Azərbaycanın bu yanaşmasına cavab verməlidir. Ermənistanın sülh gündəliyindən uzaqlaşmaq istiqamətindəki cəhdlərinə görə məsuliyyəti yalnız bu dövlət özü daşıyır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir