KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Çin devlet başkanı Ukrayna’ya gidecek mi

Kənan Novruzov: Çin devlet başkanı Ukrayna’ya gidecek mi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
159 0

Ukrayna və ABŞ Çini “ofsayt”da saxlamaq istəyir- Dönüş nöqtəsinə hazırlıq!
Ukrayna Prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpini ölkəsinə səfərə dəvət edib. Çin Xarici İşlər Nazirliyi təklifi müsbət qiymətləndirib. Qeyd olunub ki, Si Cinpinin Ukraynaya səfəri gözləniləndir.
S. Cinpin bir müddət əvvəl Rusiyaya səfər etmiş, prezident Vladimir Putinlə görüşmüşdü. Həmin görüşdə Kreml rəhbəri Çinin sülh proqramı ilə tanış olduğunu və danışıqlara açıq olduğunu söyləmişdi.
Bir çox ekspertin düşündüyü kimi, Pekinin Moskva ilə Kiyev arasındakı müharibədə neytral olacağını gözləmək sadəlövhlük olar. Nəzərə almaq lazımdır ki, Ukraynadakı savaş əslində Qərblə onun rəqibləri arasında gedir. İran kimi Çin də başa düşür ki, Rusiya bu müharibədə məğlub olsa, növbə onlara çatacaq. Odur ki, Pekin Qərb blokunun qalib gəlməsini istəmir.
Təsadüfi deyil ki, son vaxtlar Rusiya ilə Çin arasında əməkdaşlıq möhkəmlənib. Tərəflər, həmçinin Belarus vasitəsilə də təmaslarını gücləndirirlər.
Rəsmi Kiyev də bilir ki, Pekinin vasitəçik səyləri səmimi deyil. Elə isə Zelenski niyə Si Cinpinlə görüşmək istəyir?
Birincisi, Zelenski Si Cinpini ölkəsinə dəvət etməklə, yəqin, Çinlə münasibətləri qorumaq istəyir. İndiki halda Pekinlə “körpüləri yandırmaq” Kiyevə sərf etmir. Çünki Ukrayna Çinin bütün addımlarından xəbərdar olmaq istəyir.
İkinci bir tərəfdən, Zelenski, çox güman, Si Cinpini Rusiyanın Ukraynada törətdiyi dağıntılarla əyani tanış etmək niyyətindədir. Düzdür, bundan sonra Pekinin Moskvanı dəstəkləməkdən imtina edəcəyi inandırıcı görünmür. Amma Çin liderinin Ukraynadakı dağıntılarla əyani tanışlığından sonra Pekin Kiyevin ehtimal edilən əks-hücum əməliyyatlarına mane olmaya bilər.
Üçüncü bir tərəfdən, yay aylarına doğru Ukraynanın genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayacağı gözlənilir. Ukrayna müdafiə naziri Oliksiy Reznikov artıq bunun anonsunu verib. O bildirib ki, əks-hücum əməliyyatları aprel-may aylarında başlaya bilər.
Ola bilsin, həmin vaxtadək Zelenki Çini “oyundankənar vəziyyət”ə salımaq, belə demək mümkünsə, neytrallaşdı
rmaq istəyir. Bunun üçün isə yeganə yol danışıqlardır.
Əlbəttə, Si Cinpinin ancaq Ukraynadakı vəziyyətlə tanış olması kifayət deyil. Eyni zamanda Rusiyaya dəstəyinin artacağı təqdirdə bunun nə ilə nəticələnə biləcəyinə dair Çinə xəbərdarlıqlar edilməlidir. Bu mənada, yəqin ki, ABŞ və müttəfiqləri də Çinlə təmasları intensivləşdirəcək və ultimatum verəcək.
Yay aylarında cəbhədə ciddi dönüş nöqtəsinin yaranacağı gözlənilir. Görünür, Ukrayna və Qərb indidən buna hazırlıq görür.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir