KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Brüsseldə vədlər verilə bilər

Kənan Novruzov: Brüsseldə vədlər verilə bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
296 0

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin bu günlərdə deyib ki, hər iki tərəflə- həm Azərbaycan, həm də Ermənistanla müzakirələr davam edir: “Ümid edirik ki, vəziyyətin inkişafına töhfə verə bilərik. Biz humanitar məsələlərin müzakirəsi üçün dekabrın 15-də Şərq Tərəfdaşlarının sammiti çərçivəsində növbəti görüşü gözləyirik”, – o bildirib.
Brüssel görüşü ərəfəsində Qərbin belə bir bəyanatla çıxış etməsi gözlənilən idi. Eyni ilə Rusiya kimi Avropa təşkilatları da proseslərə daha çox təsir etmək istəyirlər. Çünki bu, onların regionda mövcudluğunun əsas şərtidir.
Əslində indiki məqamda şimal qonşumuzla Qərb arasındakı bu qarşıdurma bizə sərf edir. Onlar Cənubi Qafqaz uğrunda bir növ yarışırlar. Beləliklə, müxtəlif yollarla Bakı və İrəvanın diqqətini çəkməyə çalışırlar. Biz bu situasiyadan istifadə edərək öz maraqlarımızın təmin olunmasına nail ola bilərik. Başqa sözlə, hansı Qarabağ məsələsində daha ədalətli və real addımlar atsa, onunla yola davam edə bilərik.
Çətinlik yaradan məqam odur ki, Rusiya və Qərb nə Azərbaycanı “küsdürmək” istəyir, nə də Ermənistanı. Buna görə də onlar ciddi addım atmaqda maraqlı deyillər. Niyyətləri sadəcə prosesləri uzatmaq və moderatorluq statuslarından yararlanmaqdır. Qarabağ məsələnin tam həll olunacağı təqdirdə bölgədə heç bir üçüncü qüvvəyə ehtiyac olmadığı məlumdur. Ancaq dediyimiz kimi, biz vasitəçilərin bu cəhdlərindən öz xeyrimizə istifadə edə bilərik. Qərbin fəallaşması isə o qədər də qorxulu deyil. Əksinə, Rusiyanın təsir qüvvəsinin neytrallaşması baxımından, bəlkə də, xeyirlidir. Hər halda Moskvaya nisbətən, Qərbin regiona təsir imkanları daha azdır.
Brüsseldə keçiriləcək görüşdə ciddi nəticənin əldə olunacağı inandırıcı deyil. Amma Qərb tərəflərə müəyyən vədlər verə bilər. Bu, gələcək üçün Azərbaycan və Ermənistanın addımlarını nəzarətdə saxlamaqdan ötrü Avropanın həmləsi kimi qiymətləndirilməlidir. Doğrudur, nə Rusiya, nə də Qərb belə vasitəçilik səylərində səmimidir. Onların öz maraqları var. Əks halda problemlər çoxdan həllini tapmışdı. Lakin biz “yalançını axıra qədər qovarlar” prinsipi ilə davranmalı, lazım gələrsə Rusiyaya, Qərbə qarşı hücum taktikasını seçməliyik. Onlar başa düşməlidirlər ki, verdikləri bəyanatların ancaq söz səviyyəsində qalması, icra edilməməsi ilk növbədə özlərinə, beynəlxalq aləmdəki imiclərinə zərbədir.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir