KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Brüssel formatı çərçivəsində növbəti görüş keçirilə bilər

Kənan Novruzov: Brüssel formatı çərçivəsində növbəti görüş keçirilə bilər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
202 0

müzakirə olunacaq 2 əsas məsələ var
ABŞ dövlət departamentinin sözçüsü Ned Prays bildirib ki, Ağ ev üçtərəfli görüşlə bağlı Azərbaycan və Ermənistana təklif göndərib. Onun sözlərinə görə, belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır: “Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq”.
N. Prays daha əvvəl söyləmişdi ki, yaxın günlərdə Brüsseldə ABŞ, Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli görüş keçirilə bilər.
Tərəflər arasında sonuncu üçtərəfli görüş ötən ilin dekabrında baş tutmuşdu. Həmin müzakirələrdə Azərbaycan tərəfinin maraqları təmin edilmişdi. Yəni danışıqlar rəsmi Bakının üstünlüyü ilə başa çatmışdı.
Əvvəllər də dediyimiz kimi, Cənubi Qafqazda Rusiya və Qərb arasında mübarizə gedir. Bu mənada ABŞ- ın, Aİ-nin təşəbbüsləri əsassız deyil. Onlar vasitəçilik missiyasında üstünlüyü ələ almağa çalışırlar.
Əslində Azərbaycan üçün Brüssel formatını daha uyğun hesab etmək olar. Çünki məhz bu format nəticəsində Ermənistanla yekun sükh müqaviləsi istiqamətində müəyyən addımlar atılıb. Hərçənd unutmaq olmaz ki, Fransa Avropa İttifaqının leytmotividur. Və bu dövlətin Azərbaycan həqiqətlərinə münasibəti məlumdur.
Praysın anonsonu verdiyi görüşün tarixi hələ ki, açıqlanmayıb. Yəqin ki, belə bir görüş baş tutacaq. Bakı və İrəvanın bu təklifdən imtina edəcəkləri inandırıcı görünmür.
Ehtimal edilən görüşdə müzakirə oluna biləcək 2 əsas məsələ var. Bunlardan birincisi Laçın yolundakı durumdur. Yəqin, Aəzrbaycan tərəfi aksiya iştirakçılarının haqlı tələblərini bir daha diqqətə çatdıracaq və aksiyaların legitim olduğunu bildirəcəklər. Bundan fərqli olaraq, Ermənistanın yenə də məkrli mövqe ortaya qoyması gözləniləndir. Rəsmi Bakı İrəvanın bu cür bəyanatlarına hazır olmalıdır.
İkinci müzakirə olunacaq məsələ, çox güman, Aİ-nin Ermənistana yerləşmiş mülki missiyasının fəaliyyəti olacaq. Azərbaycan bu məsələ ilə bağlı da konkret mövqe oraya qoymalıdır. Aİ-nin diqqətinə çatdırılmalıdır ki, mülki missiyanın fəaliyyətinin mahiyyəti ancaq sülh quruculuğu prosesinə dəstəkdən ibarət olmalıdır. Əks halda etimad mühitinə zərbə vurula bilər.
Aİ Minsk Qrupunun taleyini yaşamaq istəmirsə, şübhəsiz ki, tarixi təcrübədən dərs çıxarmalıdır. Həm Vaşinqton, həm də Brüssel başa düşməlidir ki, biz “sülh adı altında oynanılan oyunlara toxuq”.
Anonsu verilən görüşdə, həmçinin sülh perspektivi müzakirə oluna bilər. Bütün hallarda görüşüb uğurlu keçəcəyini düşünmək olar.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir