KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Baxmutda vəziyyətə təsir edən bir neçə məqam var

Kənan Novruzov: Baxmutda vəziyyətə təsir edən bir neçə məqam var

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
194 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun yazdığına görə, Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut şəhərində təşəbbüsü itirir. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyi də Ukraynanın Baxmutdakı uğurlarını təsdiqləyir: “Ukrayna ordusu xüsusilə şəhərində Boqdanovka və İvanovski rayonları istiqamətində irəliləyir”.
Qərb analitiklərinin fikrincə, Ukraynanın əks-hücumları məhdud olsa da, qarşı tərəfin hücum əməliyyatlarının qarşısını alır və onları müdafiə mövqeyinə çəkilməyə məcbur edir.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar daha əvvəl bildirmişdi ki, şəhərin 2 kvadrat kilometrlik ərazisi azad olunub. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatının sözlərinə görə, müdafiə qoşunları mayın 17-də 1700 metr irəliləyib.
Ukrayna Silahlı Qüvvələrinin Baxmutda hərəkətə keçəcəyi gözlənilən idi. Çünki bu hərəkətlənməyə qədər Rusiya şəhərdə mövqelərini gücləndirmişdi. Əgər Ukrayna ləngisə idi, bu, onlara baha başa gələ, şəhər tamamilə tutula bilərdi. Görünür, proqnozlaşdırdığımız kimi oldu, Ukrayna əks-hücum əməliyyatlarına Baxmutdan başladı. Şəhərdə davam edən uğurlar məhz bu konteksdən qiymətləndirilməlidir.
İkinci bir tərəfdən, Rusiya Müdafiə Nazirliyi “Vaqner” muzdlu hərbi təşkilatı arasındakı gərginlik də, şübhəsiz ki, döyüş meydanındakı vəziyyətə birbaşa təsir edir. Silah-sursat çatışmazlığından əziyyət çəkən “Vaqner”, görünür, Müdafiə Nazirliyindən intiqam almaq qərarına gəlib.
Tərəflər arasında gərginlik, yəqin ki, artan templə davam edəcək. “Buzların əriyəcəyini” düşünmürəm. Bu isə Ukrayna Silahlı Qüvvələrinin işini asanlaşdıracaq.
Çox güman, qarşıdakı vaxtlarda Ukrayna Baxmutda daha da irəliləyəcək. Amma bu uğurların davamlılığını təmin etməkdən ötrü Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın Ukraynaya lazımi səviyyədə hərbi dəstəyi şərtdir. Əks halda bir müddətdən sonra yenidən vəziyyət dəyişə bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir