KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Bakı həm Vaşinqton, həm də Moskva ilə təmasları davam etdirməlidir

Kənan Novruzov: Bakı həm Vaşinqton, həm də Moskva ilə təmasları davam etdirməlidir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
222 0

ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib ki, ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir.
“Biz tərəfdaşların, o cümlədən Avropa İttifaqının regionda etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli mühitin təmin edilməsi istiqamətində səylərini alqışlayırıq. Biz bilavasitə bütün tərəfdaşlarımızla və effektiv olduqda regiondakı tərəfdaşlarımızla sıx işləməyə davam edirik”, – xarici siyasət idarəsinin nümayəndəsi vurğulayıb.
Ağ ev əvvəllər də oxşar bəyanatlar verib. Ümumiyyətlə, Vaşinqton son zamanlar Cənubi Qafqazla bağlı fəallaşıb. Bunun əsas səbəbi isə həmin dövlətin regiondakı maraqlarıdır. Yəni Ağ evi düşündürən Cənubi Qafqazdakı sabitlik yox, öz ambisiyalarıdır.
Ümumiyyətlə, Vaşinqtonla Moskvanın Cənubi Qafqazdakı mübarizəsi davam edir. ABŞ Rusiyanın başının Ukraynadakı müharibəyə qarışmasından istifadə edərək buradakı mövqelərini gücləndirməyə çalışır. Elə buna görə də tez-tez vasitəçilik təşəbbüslərini gündəmə gətirir. Laçın yolundakı durum isə bunun üçün Qərbə əlavə fürsət yaradıb.
ABŞ – ın səmimi olmadığını əvvəllər də demişik. Buna baxmayaraq, biz böhranı fürsəti çevirə bilərik. Vaşinqtonun vasitəçilik səylərinin ən böyük üstünlüyü özünə rəqib hesab etdiyi güclərin, xüsusilə Moskvanın neytrallaşdıra bilməsidir.
Rəsmi Bakı hər iki tərəflə təmasları davam etdirməklə öz maraqlarının təmin olunmasına nail olmalıdır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir