KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Azərbaycan və Türkiyənin təlimlərinin “kodları”: İran dərs çıxarmalıdır

Kənan Novruzov: Azərbaycan və Türkiyənin təlimlərinin “kodları”: İran dərs çıxarmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
234 0

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlim keçirir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.
Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

İlk növbədə onu deyək ki, qarşılıqlı hərbi təlimlər tərəflər arasında imzalanan “Şuşa bəyannaməsi”nin ruhuna uyğundur. Bu təlimlər hansısa üçüncü dövlətin təhlükəsizliyi üçün təhdid deyil. Sadəcə Bakı və Ankara müntəzəm olaraq hərbi təcrübələrini bölüşürlər. Əlbəttə, beləliklə, həm də dost və düşmənə lazımi meaj verilir.
İkinci bir tərəfdən nəzərə almaq lazımdır ki, təlimlər Bakı ilə yanaşı, cənub sərhədlərimizdə keçirilir. Şübhəsiz, bu, təsadüfi deyil.

İran son vaxtlar Azərbaycanla bağlı aqressiv siyasət həyata keçririr. Molla rejimi əsassız bəyanatlarla rəsmi Bakıya qarşı təxribat həyata keçirir. Doğrudur, Tehran həmişə ikiüzlü olub, müsəlmanlığa zidd davranıb. Biz bunu İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə aydın gördük. İndi isə bu ritorika daha da güclənib. Səbəb aydındır: İran Azərbaycanın güclənməsini qəbul etmək istəmir. Çünki bunu öz təhlükəsizliyinə təhdid kimi görür. Həmçinin İran daxilindəki aksiyalar mövcud iqtidarı ictimai rəyin istiqamətini dəyişməyə sövq edir. Ona görə İran Azərbaycanla süni gərginlik yaratmağa çalışır.

İranın indiki məqamda Azərbaycanla qarşdurmaya getməsi əslində bu dövlətə sərf etmir. Çünki ehtimal edilən qarşıdurma zamanı həm xarici aktorların İrana təzyiqləri artacaq, həm də daxildəki soydaşlarımız ayağa qalxacaq. Buna baxmayaraq, dediyimiz kimi, Tehran hazıkrı ritorikanı çıxış yolu kimi görür. Bu mənada Bakı və Ankaranın İranla sərhəddə keçirdiyi birgə hərbi təlimlər həm də İrana mesajdır. İran regional siyasətində diqqətli olmalı, təxribatçı addımlardan çəkinməlidir. Əks halda bilməlidir ki, həm Türkiyə, həm də İsrail Azərbaycanın yanında olacq. Həmçinin ABŞ bu fürsətdən istifadə edərək İranı sıxışdıracaq.

Bundan başqa, nəzərə almaq lazımdır ki, daha Azərbaycan da əvvəlki Azərbaycan deyil. Azərbaycanın hərbi gücü bir neçə il əvvəlkinə nisbətən qat-qat çoxdur. Üstəgəl, rəsmi Bakının müttəfiqləri artıb. Biz nəinki regional, həm də beynəlxalq siyasi aktoruq. İran mütləq bu reallıqları nəzərə almalı, birgə hərb təlimlərin verdiyi mesajdan dərs çıxarmalıdır. Əks halda İran özü-özünü “dalana salacaq”.
Kənan Novruzov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir