KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: ABŞ regionda təşəbbüsü ələ almaq istəyir

Kənan Novruzov: ABŞ regionda təşəbbüsü ələ almaq istəyir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
209 0

istifadə etməliyik
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Ağ Ermənistanla Azərbayan arasında konstruktiv dialoqun təmin olunmasını istəyir.
Onun sözlərinə görə, ABŞ əvvəllər olduğu kimi, indi də üçtərəfli formatı davam etdirməyə hazırdır: “ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker təqaüdə çıxıb. Amma Dövlət Departamentində prosesdə dərindən iştirak edən insanlar var. Onlardan biri də dövlət katibi Entoni Blinkenin özüdür”.
Rəsmi Vaşinqton əvvəllər də dəfələrlə oxşar bəyanatlarla çıxış edib.
Məlum olduğu kimi, bu gün Cənubi Qafqaz uğrunda Rusiya ilə ABŞ arasında mübarizə gedir. Tərəflər əvvəl regiondakı mövcudluqlarını gücləndirmək üçün Ermənistanla Azərbaycan arasındakı konfliktdən istifadə edirlər. İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqlar yarandı. İndi həm Moskva, həm də Vaşinqton vasitəçilik təşəbbüsləri ilə məqsədlərinə nail olmaq istəyirlər.
Əlbəttə, ikisi də qeyri- səmimidir. Biz onların qulağaxoş bəyanatlarına “toxuq”. Əgər Rusiya və ABŞ, həqiqətən, regional sabitlikdə maraqlı olsa idilər, ATƏT- in həmsədri kimi fəaliyyət göstərdikləri illər ərzində münaqişənin həllinə nail olur, müharibənin başlanmasına şərait yaratmazdılar. Bu mənada biz tarixi təcrübədən dərs çıxarmalıyıq.
İkinci bir tərəfdən isə Kreml ilə Ağ ev arasındakı bu rəqabət bizə sərf edir. Rəsmi Bakı hazırkı situasiyadan öz xeyrinə istifadə edə, tərəflərdən birinin təsir gücünü digəri vasitəsilə neytrallaşdıra bilər.
İndi ABŞ – la Rusiya arasında mübarizə daha gərgin səviyyədədir. Vaşinqton bir çox bölgədə, eləcə də Cənubi Qafqazda Moskvanın təsirini azaltmağa çalışır. Bu isə o deməkdir ki, səslənən bəyanatlarda müəyyən həqiqilik payı var.
ABŞ başa düşür ki, Azərbaycan regionun aparıcı “oyunçusu”dur. Ona görə də Vaşinqton Bakı ilə münasibətləri pisləşdirmək istəməz. Biz bu məqamları nəzərə alaraq, regional maraqlarımızın təmin olunmasında, o cümlədən sülh müqaviləsi üçün Ermənistana təzyiq göstərilməsində Ağ evin təşəbbüslərindən istifadə edə bilərik.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir