KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənən Novruzov: sülhməramlılar Qarabağdan çıxmamalı

Kənən Novruzov: sülhməramlılar Qarabağdan çıxmamalı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
282 0

Ermənistan prezidenti Armen Sarkisyan “Arqument i faktı” qəzetinə müsahibə verib. Qarabağdakı rus hərbçilərinin fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı buna görə rəsmi Moskvaya minnətdarlıq edib. O, həmçinin bildirib ki, sülhməramlılar Qarabağdan çıxmamalı, ərazidə daimi qalmalıdırlar. Çünki bu, regional sabitlik üçün əsas təminatdır.
Sülhməramlıların Qarabağda uzun müddət qalması, şübhəsiz, Ermənistanın ürəyindədir. Bu, Rusiyanın da maraqlarına cavab verir. Rus hərbçilərinin Qarabağdan çıxmasına dörd il qaldığı bir vaxtda Moskvanın həmin müddəti uzatmaq üçün müxtəlif addımlar atması gözləniləndir. Hətta istisna deyil ki, Sarkisyanın sözügedən bəyanatının sifarişi Kremldən verilib.
İkinci bir tərəfdən, Prezidentin bu fikirləri daxili auditoriyaya da hesablana bilər. Ola bilsin, dövlət başçısı bu yolla xalqını sakitləşdirmək istəyir. Çünki Ermənistanda vəziyyət yaxşı deyil. İnsanlar sürətlə ölkəni tərk edirlər. Və bu proses getdikcə sürətlənməkdədir.
Sarkisyanın elə həmin müsahibəsində “Türkiyə regional əməkdaşlıqistəyirsə, ilk addımı özü atmalıdır” deməsi onun ya Qərbə, ya da dediyimiz kimi Rusiyaya arxayın olduğunu göstərir. Prezidentə hansısa vədlərin verilməsi də mümkündür.
Sarkisyanla Ermanistan baş naziri Nikol Paşinyan arasında müəyyən fikir ziddiyyətinin olması təəccüblü deyil. Çünki Paşinyan son vaxtlar Ermənistanın ənənəvi xarici siyasətində müəyyən yeniliklər etməyə çalışır. Sarkisyanın “Biz prezidentli respublikadan parlamentli respublikaya keçidlə səhv etdik” açıqlaması da bu baxımdan diqqət çəkir.
Bütün hallarda Sarkisyan hətta, “ac toyuq” misalı davransa belə, açıqlamasına etinasız yanaşmamaqda fayda var. Çünki o, idarə olunur. Və, sözsüz, belə bəyanatlar hər şeydən əvvəl ictimai şüuru formalaşdırmağa hesablanıb. Əgər vaxtında reaksiya verilməsə, oxşar addımlar intensivləşəcək. Hətta yaxın gələcəkdə sülhməramlılarla bağlı Rusiya və ya Ermənistan tərəfindən daha qıcıqlandırıcı bəyanatların səsləndirilməsi gözləniləndir. Bunun qarşısını almaqdan ötrü qabaqlayıcı tədbirlər görülməli, üçtərəfli bəyanatın şərtləri xatırladılmalıdır. Həm Moskvanın, həm də İrəvanın diqqətinə çatdırılmalıdır ki, razılaşmanın tələblərinə zidd olaraq sülhməramlılar işlərini görmür, erməni silahlılarını Qarabağdan çıxarmırlar. Bu isə həm beş ildən daha az müddətdə sülhməramlılardan imtina etməyimiz, həm də Qarabağda antiterror əməliyyatı keçirməyimiz üçün kifayət qədər tutarlı əsasdır.
Kənən Novruzov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir