Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

Kərim Əsgəri: İranın iqtisadiyyatı yaxşı olanda da, bu, əhalinin süfrəsində görünmür

Gündem, İran 31 Mayıs 2018
43

Kərim Əsgəri deyir ki, İranın iqtisadi durumu yaxşılaşdığı zaman, bu əhalinin süfrəsində əks olunmur. Əksinə daha çox İslam Respublikasının təxribatçılıq gücünün artmasına səbəb olur. Beynəlxalq əlaqələr eksperti Amerikanın Səsi ilə müsahibədə ABŞ-ın İranla nüvə sazişindən çıxmasının İranın iqtisadi durumuna və bölgə ölkələri ilə münasibətlərinə təsirini dəyərləndirib.

Əsgərinin sözlərinə görə, “İran geri addım atmasa, ən yaxşı şəraitdə, bu ölkəni ağır sanksiyalar gözləyir. Böhranlı şəraitdə isə isti müharibə də ola bilər. Amma bu müharibə birbaşa İranla deyil, Suriya üzərindən və ya İranın Livan və Yəməndəki mənafeyindən başlayıb İrana uzana bilər.”

Mən Güney Azərbaycanda insanların, xüsusilə yeni nəslin İranın daxil olduğu bir müharibəyə könüllü olaraq qatılmayacağını düşünürəm.
O, ABŞ və İran rəsmilərinin açıqlamalarına işarə edərək tərəflərin heç birində yumşalma gözləmədiyini vurğulayır.

Əsgərinin fikrincə, sanksiyaların çoxalması həmçinin müharibə ehtimalının artması İran İslam Respublikasının bölgə ölkələri ilə münasibətlərinə də təsir göstərər:

“Həqiqət budur ki, İran sabotaj və təxrib gücü yüksək olan bir dövlətdir. Xüsusilə İran-İraq müharibəsindən sonra İranın yayılmacı (ekspansionist) politikalarına baxanda bunu Suriyada, Yəməndə, İraqda və hətta Azərbaycan Respublikasında görə bilirik.”

“Buna görə də, müharibə ehtimalında İran Amerikanın bölgədəki mənafeyini hədəf ala bilər. Amma İrana qonşu ölkələr o cümlədən, Azərbaycan Respublikası kəsinliklə bu məsələni diqqətə alırlar,” deyə Kərim Əsgəri bəyan edir.

Həqiqət budur ki, İran sabotaj və təxrib gücü yüksək olan bir dövlətdir.
O, 1979 İslam İnqilabından bəri xüsusilə İran Azərbaycanında baş verən dəyişikliklərə, eləcə də türklər arasında milli şüurun yüksəlməsinə diqqət çəkir və deyir ki, “Mən Güney Azərbaycanda insanların, xüsusilə yeni nəslin İranın daxil olduğu bir müharibəyə könüllü olaraq qatılmayacağını düşünürəm. Onlar tərəfsiz qalarlar və hətta qarşı tərəfdə yer alma ehtimalı belə ola bilər.”

Toplumda iqtisadi vəziyyətlə bağlı geniş narazılığı önə çəkən Əsgəri əlavə edir, “İran dövlətinin nə qədər pulu olsa, bu insanların rifahı üçün xərclənmir. Xüsusilə nüvə sazişindən sonra İrana gələn pul az deyildi. Fəqət, İslam Respublikası bunu əhaliyə deyil, daha çox Suriya və Yəmən kimi münaqişə nöqtələrinə xərcləyib.”

Yorumlar