Trump’tan Hamaney ve 8 İranlı yetkiliye ağır yaptırım

ABD’de Kilise bombalama suçundan bir Suriyeli tutuklandı

Trump’ın İran yaptırımlarında ana hedef Hamaney

Georgian government offers concessions to end crisis

Kənar müdaxilələrlə baş verən inqilabların gətirdiyi bədbəxtliklər…

Gündem 26 Ocak 2019
23

Venesuelada başlayan inqilab nəticəsində ölkədə faktiki iki hakimiyyətlilik yaranıb. Parlamentin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Onun tərəfdarları meydana axışıb və Maduroya istefa tələb ediblər. Ancaq prezident Nikolas Maduro postundan istefa vermək fikrində olmadığını bəyan edib və tərəfdarlarını meydanlara çağırıb.

Qeyd edək ki, hakimiyyətdə solçuların olduğu Venesuelada Maduro iqtidarına qarşı inqilabı ABŞ ilk gündən dəstəkləyir. Artıq ABŞ prezidenti Donald Tramp müxalifət lideri, parlamentin spikeri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb. Daha sonra bir çox ölkələr, o cümlədən Avropa Birliyi də müxalifət liderini rəsmən dövlət başçısı kimi tanıyıb.

Ancaq Maduro hələlik dirənir. Ordu da prezidentə sədaqətini elan edib. Hökumət əleyhinə kütləvi etiraz aksiyalarda 26 nəfər ölüb, həbs olunanların sayı 364 nəfərə çatıb. Etirazlar hələ də davam edir, Maduronun postunu qoruyub saxlaya bilməyəcəyi ehtimal olunur. Lakin o da var ki, 2002-ci ildə eks-prezident Hüqo Çavez devrilsə də, yenidən vəzifəsinə geri dönə bilmişdi.

Venesuelada baş verən inqilab növbəti dəfə dünyanı bölüb. ABŞ, Kanada, Avropa Birliyi və Latın Amerikasının ABŞ-la müttəfiq ölkələri inqilabçıları dəstəkləsə də, Çin Rusiya, İran, Türkiyə və daha bir neçə Latın Amerikası ölkəsi Maduroya açıq dəstək verib.

Qeyd edək ki, “ərəb baharı” prosesi dünyada inqilablar prosesinə mənfi təsir etdiyi üçün Venesuelada baş verənlər şübhə ilə qarşılanır. İndi dünyada ABŞ-ın dəstək verdiyi inqilablara daha çox qlobal nüfuz mübarisəinin təzahürü kimi yanaşma halları çoxalıb. Xüsusən də ərəb coğrafiyasında baş verən inqilabların hərbi müdaxilələrə, ölkələrin parçalanması və terrorun yayılmasına səbəb olub. Ancaq “ərəb baharı”na qədər inqilab dalğası bizim coğrafiyada olub. Post-sovet məkanında 2000-ci illərin əvvəllərində məhz ABŞ-ın dəstək verdiyi inqilablar bir neçə ölkədə uğur qazanıb və hətta ciddi dəyişikliyə gətirib. 2003-cü ildə Gürcüstanda baş verən “Qızılgül” inqilabı nəticəsində hakimiyyətə Tiflisin meri Mixeil Saakaşvili gəlib və çox tez bir zamanda Gürcüstanı Avropa və ABŞ-la yaxşı əlaqələrə malik ölkəyə çevirib. Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan demokratik ölkəyə çevrilib, demokratik institutlar möhkəmlənib.

Gürcüstandan bir il sonra 2004-cü ildə Ukraynada prezident seçkiləri qərbyönlü, ABŞ-ın dəstəklədiyi Viktor Yuşşenko xalq etirazları nəticəsində hakimiyyətə gəlib. ABŞ-ın ciddi dəstək verdiyi Yuşşenko hakimiyyəti ölkədə demokratik dəyişikliklərə səbəb olsa da, əsas problem olan korrupsiya və rüşvətxorluğu ortadan qaldıra bilməyib. Nəticədə bir dönəmdən sonra hakimiyyətdən çəkilən Yuşşenkonu Rusiya ilə yaxın əlaqələri olan Yanukoviç əvəz edib. Ukraynada ikinci inqilab 2013-cü ilin sonlarında başlayıb. Bu dəfə Yanukoviç hakimiyyətinə qarşı inqilabı ABŞ dəstəkləyib. Lakin Ukraynada inqilab Yanuçoviçin devrilməsi ilə nəticələnsə də, ölkənin şərqində separatizm baş qaldırıb, Donetsk və Luqansda rusiyayönlülər müstəqilliklərini elan ediblər. Krım isə Rusiya tərəfindən işğal olunub. Ukrayna hadisələri hazırda Qərb və Rusiya arasında hələ də davam edən gərginliyə səbəb olub.

Post-sovet məkanında növbəti inqilab 2005-ci ildə Qırğızıstanda baş verib. Əsgər Akayevin 15 ildən çox davam edən hakimiyyəti əyalət şəhəri Oşdan başlayan və etirazlar nəticəsində başa çatıb. Akayev istefa verib. Ancaq Qırğızıstanda inqilab nəticəsində hakimiyyətə gələn Kurmanbek Bakiyev iqtidarının korrupsiya və rüşvətə bulaşması 2010-cu ildə bu ölkədə ikinci inqilabın baş verməsi ilə nəticələnib. Bundan sonra Qırğızıstanda demokratik hakimiyyət formalaşıb, keçid dövründə prezident olan Roza Otunbayeva postunu demokratik seçkilərlə seçilmiş Almazbek Atambayevə təhvil verib. A.Atambayevin dövründə Qırğızıstan parlament respublikasına çevrilib və 2017-ci ildə Soronbay Cenbekov prezident seçilib.

Göründüyü kimi, Qərb ölkələrinin dəstəklədiyi inqilablar heç də həmişə pis və ya yaxşı nəticə vermir. Bu daha çox ölkələrin özünün potensialı, siyasətçilərin müdrikliyi və xalqın demokratiyaya münasibəti ilə ekvivalent olur. Çünki post-sovet məkanı inqilablarından sonra ərəb coğrafiyasında başlayan inqilablar dalğası yalnız Tunisdə qismən uğurlu nəticə verdi. Misir, Liviya, Suriya, Yəmən kimi ölkələrdə isə inqilab ya Misirdə olduğu kimi hərbi rejimlərin qurulması, ya Liviyada olduğu kimi ölkənin bölünməsi ilə nəticələndi, ya da Yəmən və Suriyada olduğu kimi, amansız vətəndaş müharibəsinə səbəb oldu. Təcrübə göstərir ki, inqilablardan sonrakı mərhələdə ölkələr böyük güclər arasında rəqabət meydanına çevrilərsə, bu, həmin ölkə və xalqa bədbəxtlik gətirir.

Kənan Rövşənoğlu

Yorumlar