İranlı Generalleri Suriye’de Rusya mı öldürüyor?

SDF Kontrolündeki Kamplar

İdlib’te Ortak Devriye: bölgenin sahipleri Ankara ve Moskova

Irak’ta İran yanlısı milis gruplardan ABD’ye karşı ortak bildiri

Kənan Rövşənoğlu: “Əsrin planı” Trampın kürəkəni tərəfindən hazırlanıb”

Gündem 30 Mayıs 2020
98

İordan vadisini birləşdirdikdən sonra bölgədə yaşayan fələstinlilərə İsrail vətəndaşlığı verilməyəcək”. İsrailin baş naziri Binyamin Netanyahu belə deyib. Onun sözlərinə görə, burada yaşayan fələstinlilər Fələstin vətəndaşı olmağa davam edəcək.

Baş nazir sağçıların Donald Trampın Orta Şərq sülh planının Fələstinə müstəqil dövlət seçmək hüququ verməsi ilə bağlı tənqidlərinə də toxunub. O deyib ki, Fələstin xalqı Qərbi Şəriyədə İsrailin nəzarətini qəbul etsə, Trampın dövlət olaraq açıqladığı quruluşa sahib olacaq: “Fələstinlilər Orta Şərq sülh planını qəbul etməsələr, çətin şərtlərə məruz qalacaqlar”.

Netanyahunun bu açıqlamasını şərh edən Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlunun Musavat.com-a bildirdiyinə görə, bu plan prezident Trampın kürəkəni Cared Kuşnerin rəhbərliyi ilə hazırlanıb.

Onun sözlərinə görə, “əsrin planı” adı verilən yeni həll planı kimi qiymətləndirilir və mahiyyət etibarilə əvvəlki planlarla müqayisədə fələstinlilər üçün qəbuledilməzdir. “Çünki məsələn, əvvəlki prezident Obama 1967-ci il sərhədləri daxilində iki dövlətli həll planını dəstəklədiyi halda, yeni plan, faktiki olaraq ilhaqı rəsmiləşdirilir. Bu planın yeganə fərqi fələstinlilərə maddi dəstək, Fələstinə sərmayə qoyuluşudur. Yəni başqa sözlə, plan mübahisəli ərazilərin pulla alınmasının daha modern formasıdır”, – deyə K.Rövşənoğlu qeyd etdi.

O, artıq fələstinlilərin, o cümlədən Mahmud Abbasın və eləcə də İordaniyanın bu plana rədd cavabı verdiyini xatırlatdı: “Ümumiyyətlə, Fələstin administrasiyasının Trampa münasibəti mənfidir. Çünki ABŞ prezidenti son illərdə Fələstinlə bağlı qəbul etdiyi qərarların hamısı İsrailin xeyrinə olub, fələstinlilər narazı qalıb. Artıq Mahmud Abbas ABŞ və İsraillə əməkdaşlığı dayandırmaqla bağlı qərar qəbul edib. Üstəlik, İsrailin iyulda reallaşdıracağı ilhaq planı ciddi narazılıq və əks reaksiya doğura bilər. Bəri başdan demək olar ki, regionda vəziyyət yenidən pisləşəcək”.

Israel: Gantz holds out on power-sharing deal with Netanyahu …

K.Rövşənoğlu hesab edir ki, yalnız körfəzdəki ərəb ölkələrindən müəyyən dəstək var: “Amma onlar da bunu yüksək səslə bildirmir, çünki Fələstin mövzusunda ərəblər güzəştə hazır deyil”.

Netanyahu eyni zamanda Qərbi Şəriyənin birləşdirilməsi halında Fələstin xalqının qəbul etməsi vacib olan şərtləri də açıqlayıb. İsrailin Qərbi Şəriyədə tamamilə nəzarəti ələ alması, Qüdsün tamamilə İsrailin nəzarətində olması, bir dənə də olsun fələstinli miqrantın geri qayıtmaması, yəhudi yaşayış məntəqələrinin boşaldılmaması, Fələstin xalqının İsrailin bütün bölgə üzərində müstəqilliyini qəbul etməsi vacibdir. Əgər onlar bu şərtləri qəbul edərsə, özlərinə aid quruluşları olacaq. Baş nazir həmçinin qeyd edib ki, Qərbi Şəriyə ilə İordan vadisini birləşdirmək tarixi bir addım olacaq.

Emil Salamoğlu
musavat.com

Yorumlar