KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Zelenski Trampın qarşısından geri çəkilir?

Kənan Novruzov: Zelenski Trampın qarşısından geri çəkilir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
15 0

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts CNN telekanalına bildirib rəsmi Vaşinqton Ukrayna tərəfi ilə danışıqlarda irəliləyir.
“Biz irəliləyirik”, – o, Ciddədə danışıqların gedişi ilə bağlı sualı cavab verib.
Məlum olduğu kimi, hazırda ABŞ-nin Ukraynadan əsas gözləntisi təbii sərvətlərin hasilatına dair sazişin imzalanmasıdır. Vaşinqton bunun üçün Kiyevi şantaj etməkdən də çəkinmir.
Ağ Evin ilk prioriteti heç də Rusiya- Ukrayna müharibəsinin bitirilməsi deyil. ABŞ Ukraynanın təbii sərvətlərini istəyir. Yalnız buna nail olandan sonra savaşın bitməsi üçün konkret addımlar atacaq.
Ümumiyyətlə, Rusiya- Ukrayna müharibəsinin taleyi xeyli dərəcədə Kiyev – Vaşinqton münasibətlərindən asılıdır. Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evə “meydan oxumağa” cəhd etdikcə öz işini çətinləşdirmiş olacaq. Tamamilə Vaşinqtonun şərtləri ilə razılaşmaq da risklidir. Bu, xalqın narazılığına səbəb ola bilər. Bu mənada Zelenski “qızıl orta”nı tapmağa çalışmalıdır.
M.Uoltsun dediklərinə iki konteksdən yanaşmaq olar. Birincisi, əgər o düzünü deyirsə, deməli, tərəflər arasında anlaşılmazlıq tədricən aradan qalxır. Bu isə o deməkdir ki, Zelenski amerikalı həmkarın Donald Trampın şərtlərinə razı olacaq.
İkincisi, ola bilsin, Uolts bu açıqlama ilə ictimai rəyi çaşdırmağa, Ukrayna daxilində ajiotaj yaratmağa, guya rəsmi Kiyevin geri çəkildiyinə dair fikir yaratmağa çalışır.
Hər bir halda qarşıdakı on günün həlledici olacağını deyə bilərik.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir