Kənan Novruzov: Yaxın Şərqdə “sular durulur”?
“The Times of Israel” öz mənbələrinə istinadən bildirib ki, Qətərin paytaxtı Dohada Qəzza sektorunda atəşkəs və girovların azad edilməsi üzrə danışıqların ilk günündə irəliləyiş əldə olunub. Bununla belə, müzakirələrin digər təfərrüatları açıqlanmayıb.
Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, vasitəçilər danışıqları yekun nəticə əldə olunanadək davam etdirilməsində maraqlıdır.
ABŞ-ni Doha görüşündə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk təmsil edir.
Məlum olduğu kimi, Yaxın Şərqdə vəziyyət kifayət qədər gərgindir. Perspektivdə müharibənin genişlənməsi, o cümlədən İranın savaşa qoşulması ehtimalı var.
Hazırkı vəziyyətdə müharibənin daha da genişlənməsinin qarşısını almaq mümkündür. Bu, birgə səylər tələb edir. Bir müddətdən sonra isə durum ümumiyyətlə nəzarətdən çıxa bilər.
İranın perspektivdə müharibəyə qoşulması mümkündür. Amma bu, baş verərsə, savaş tamamilə fərqli fazaya keçəcək. Odur ki, bir çox dövlət, o cümlədən Türkiyə belə bir ssenarinin qarşısını almağa çalışır.
HƏMAS liderlərinin, o cümlədən İbrahim Haniyənin ölümü həm HƏMAS-da, həm də Fələstində ruh düşkünlüyü yaradır. Üstəgəl, Fələstinə lazımi səviyyədə siyasi dəstək göstərilmir. Çox güman, məhz bununla bağlıdır ki, HƏMAS son zamanlar daha loyal bəyanatlar verir.
Yaxın Şərqdə yaxın vaxtda müharibənin dayanacağı gözlənilmir. Amma danışıqlar intensivləşə bilər. Bunun nəticəsində bölgədəki gərginliyin qismən azalması və İranla İsrail arasında birbaşa hərbi toqquşmanın başlanmanın qarşısının alınması mümkündür.
Əgər yaxın vaxtda danışıqlarla bağlı nəticə olunmasa, sonra gec ola bilər.
Kənan Novruzov, “Report” İA-nın əməkdaşı, siyasi şərhçi
Share this content:
Yorum gönder