KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Yaxın Şərqdə sabitlik yalnız bu halda olacaq

Kənan Novruzov: Yaxın Şərqdə sabitlik yalnız bu halda olacaq

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
32 0

Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Basem Naim deyib ki, Qəzzada atəşkəs pozula bilər. O, söyləyib ki, Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir.
Məlumata görə, sövdələşmə təhlükə altındadır.
Qeyd olunur ki, tərəflər hələ fevralın 3-də başlamalı olan Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamayıblar.
Məlum olduğu kimi, Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minib.

Əslində Qəzzada atəşkəsin pozulacağı gözləniləndir. Çünki atəşkəs kifayət qədər kövrəkdir. İsrail isə dayanmır. Üstəlik, regionda “suların durulmasında” maraqlı olmayan, əksinə, gərginliyin daha da artmasına çalışan güclər var.

Əsas belə aktorlardan biri, şübhəsiz ki, ABŞ- dır. ABŞ-dəki Donald Tramp hakimiyyəti İranı zəiflətmək üçün bütün imkanlardan istifadə edəcək. Bundan ötrü ən yaxşı vasitələrdən biri, sözsüz ki, Yaxın Şərqdəki gərginlikdir.

Tramp İsrail vasitəsilə İranı da gərginliyə çəkmək istəyəcək. Bunun üçün Qəzzadakı gərginliyin qorunmasına ehtiyac var.
Qəzzada atəşkəs sazişinin icrasına mane olanlar var. Atəşkəsin bu qədər kövrək olmasının səbəbi də budur. Məsələ yaxın gələcəkdə fundamental həllini tapmayacaq. Əksinə, perspektivdə böhran daha da dərinləşə və gərginləşə bilər.
Fundamental həll üçün fundamental qərarlara və addımlara ehtiyac var. Türkiyə Yaxın Şərqdə daimi sabitlik istəyirsə, ABŞ ilə ciddi müzakirələr başlatmalıdır. ABŞ İsrailin arxasından çəkilib, onu təhrik etməkdən əl çəkmədikcə regionda ciddi mənada sabitlikdən danışmaq mümkün deyil.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir