KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: “Vaqner” “xəmiri hələ çox su aparacaq”- Gizlinlər var

Kənan Novruzov: “Vaqner” “xəmiri hələ çox su aparacaq”- Gizlinlər var

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
136 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” Xüsusi Hərbi Şirkəti və Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunmuş üçtərəfli razılaşmadan tədricən uzaqlaşır.
“Vaqner” ətrafında maraqlı proseslər cərəyan edir. Belarus Prezienti Aleksand Lukaşenko bu günlərdə demişdi ki, Priqojin Belarusda deyil. O, “Vaqner” rəhbərinin Sankt- Peterbruqda olduğunu iddia etmişdi. Halbuki Lukaşenko daha əvvəl Priqojinin Minskdə olduğunu bildirmişdi.
Ola bilsin, Priqojin, doğrudan da, artıq Belarusda deyil. Və ehtimal var ki, Belarus Prezidenti geri addım atıb. Belə ki, Priqojinin Belarusdakı mövcudluğu Lukaşanko üçün real təhlükə idi. Rusiya gələcəkdə “Vaqner”dən Belarusa təzyiq kimi istifadə edə bilərdi. Mümkündür ki, Lukaşanko bunu anladı və Priqojini gec olmadan ölkədən çıxardı. Hərçənd bu, sadəcə ehtimaldır.
Lukaşankonun Priqojinlə bağlı danışdığı eyni gündə Kremldən də açıqlamalar gəldi. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov söylədi ki, Kreml “Vaqner” rəhbərini izləmir. Çünki buna nə imkan, nə də vaxt var. Peskovun səmimi olduğunu düşünmürəm.
Əgər, “Vaqner”in qiyamı, həqiqətən, şou deyilsə, deməli, Rusiya hakimiyyəti Priqojinlə bağlı narahat olmalıdır. Çünki qiyam cəhdlərinin təkrarlanması mümkündür. Belə bir şəraitdə Kreml Priqojinə heç də laqeyd yanaşa bilməz. Rusiyanın daxili təhlükəsizliyi Kreml üçün Ukraynadakı müharibədən daha əhəmiyyətli olmalıdır.
İkinci bir tərəfdən, Kremlin Priqojini izləyə bilməsi üçün kifayət qədər imkanı var. Hüquq-mühafizə orqanları asanlıqla bu işi görə bilərlər.
“Vaqner” in taleyi və Priqojinin dəqiq harada olduğu məlum deyil. Amma o da bəllidir ki, Priqojinin dediyindən fərqli olaraq “Vaqner” hələ ki, ləğv olunmayıb. Əks halda bu barədə çoxdan açıqlama verilərdi. Hərçənd “Vaqner”in ləğv olunması hələ o demək deyil ki, iş bitib.
Gələcəkdə “Vaqner”lə bağlı müxtəlif ssenarilər mümkündür. Bura “Vaqner”in yeni qiyam cəhdindən tutmuş, Belarusdan ikinci cəbhənin açılmasına qədər fərqli ehtimallar daxildir. Bir məsələ dəqiqdir ki, “Vaqner” “xəmiri hələ çox su aparacaq”.
Proqnozlaşdırmaq olar ki, bu və ya digər formada Priqojinin imkankları məhdudlaşdırılacaq. Onun öldürülməsi də mümkündür. Amma hətta bu olmasa belə, Putin çalışacaq ki, “Vaqner” “at oynada bilməsin”.
Düşünürəm ki, “Vaqner”in qiyamı ilə bağlı gizlinlər gələcək hadisələrin sayəsində üzə çıxacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir