KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Vaqner” rəhbərindən etiraf: Ukrayna ciddi əks-hücuma hazırlaşır, Rusiya isə…

Kənan Novruzov: Vaqner” rəhbərindən etiraf: Ukrayna ciddi əks-hücuma hazırlaşır, Rusiya isə…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
183 0

Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib ki, Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq.
Onun sözlərinə görə, Ukrayna təxminən 1 həftəyə əks-hücum əməliyyatlarına başlayacaq: “Ukrayna gələcək əks-hücum üçün 400 minə qədər şəxsi heyət toplayıb və təxminən bir həftə sonra hücuma keçəcək. Ukrayna Silahlı Qüvvələrini qiymətləndirməmək olmaz”.
Y.Priqoji deyib ki, Rusiya KİV-i yerli əhalini sakitləşdirməyə çalışmaqla səhv edir: “Problemləri gizlədə bilməzsiniz – düşmən ciddi və yaxşı hazırlıqlıdır. Əgər bu gün gedib Ukrayna Rusiya sərhədlərinə çatsa, vəziyyət dəyişəcək. Biz buna imkan verə bilmərik”.
Daha əvvəl Prezident Volodimir Zelenski Ukrayna ordusunun əks-hücum əməliyyatına hazırlaşdığını açıqlamışdı.
Ukrayna müdafiə naziri Oliksiy Reznikov isə söyləmişdi ki, əks-hücum əməliyyatları aprel-may aylarında başlaya bilər. ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın əks-hücum əməliyyatına hazırlaşdığını təsdiqləmiş və Vaşinqtonun Kiyevi dəstəkləyəcəyini demişdi.
Görünür, əks-hücum əməliyyatları uzaqda deyil. Priqojinin bunu etiraf etməsi isə Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasındakı ziddiyətin dərinləşdiyini göstərir. Əks halda Priqojin bu cür açıqlama verməzdi.
Əlbəttə, Priqojinin dedikləri Rusiya Müdafiə Nazirliyini gözdən salmağa da hesablana bilər. Bəlkə də, onda Ukraynanın əks-hücum əməliyyatları ilə real məlumat yoxdur. Ola bilsin, “Vaqner” rəhbəri sadəcə informasiya müharibəsi aparır. Bu ehtimalı heç vaxt istisna etmək olmaz.
İkinci bir tərəfdən, Ukraynanın ən yaxın zamanda əks-hücum əməliyyatlarına başlaması qaçılmazdır. Ehtimal edilən əks-hücum əməliyyatlarının Krım yarımadasındakı rus bazalarına aviazərbə və qarşı tərəfin silahlı qüvvələrinin Donetsk vilayətinin Baxmut şəhərindən çıxarılması ilə müşayət olunması mümkündür. Ukrayna həm Krımda gərginlik yaratmaq, həm də rus qoşunlarını Baxmutdan çıxarmaqla qarşı tərəfə ciddi zərbə vura və beləliklə, bəlkə də, müharibənin taleyini həll edə bilər. Həm Krım, həm də Baxmutdakı əks-hücumlar Rusiya üçün nəinki taktiki və strateji, eyni zamanda psixoloji zərbə olacaq.
Ukrayna Silahlı Qüvvələrinin Rusiya sərhədlərinə nə qədər yaxınlaşıb-yaxınlaşmayacağını indidən demək çətindir. Amma perspektivdəki əks-hücum əməliyyatlarının ciddi nəticələrə və Rusiya hərbi elitasında çaşqınlığa səbəb olacağı şübhəsizdir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir