Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib ki, qarşıdakı 1- 2 ay müharibənin taleyi üçün həlldici olacaq.
Onun sözlərinə görə, Kiyevi ağır döyüşlər gözləyir: “Rusiya böyük eskalasiyaya hazırlaşır. Bu, qarşıdakı 2-3 həftə ərzində baş verə bilər. Ən ağır döyüşlər hələ qarşıdadır”.
Danilov, həmçinin söyləyib ki, Ukraynanın məqsədi təkcə ötən ilin fevralın 24-dək olan sərhədlərini bərpa etmək deyil, həm də Krım və Donbası azad etməkdir.
Doğrudan da, bu ay Ukraynada ciddi proseslərin baş verəcəyi gözlənilir. Bunun iki əsas səbəbi var. Birinci məqam ondan ibarətdir ki, bu ay müharibənin birinci ildönümü tamam olacaq. Fevralın 24-ə bir aydan da az vaxt qalıb. Həmin gün Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciət edəcəyi istisna deyil. Əbəttə, o hansısa “müjdələr” verməlidir. Bunun üçün isə döyüş meydanında üstünlüyü ələ almaq lazımdır. Deməli, Rusiya ordusunun yaxın günlərdə genişmiqyaslı hücum əməliyyatlarına başlaması mümkündür.
İkinci bir tərəfdən, bir sıra Qərb ölkələri, o cümlədən Polşa, Almaniya, Britaniya Ukraynaya ağır və müasir tanklar verəcəklər. Həmin texnikaların fevralın sonu- martın əvvəlində təhvil verilməsi gözlənilir. Sözsüz ki, bu texnikalar döyüş meydanında Rusiyanın durumunu daha da çətinləşdirəcək. Bunu Kremldə başa düşürlər. Ona görə sözügedən tankların, o cümlədən “Leopard”ların təhvil verilməsinədək Rusiya üstünlüyü ələ salmağa çalışır.
Danilovun qarşıdakı aylar barədə səsləndirdiyi fikirlər də məhz tank tədarükü ilə bağlıdır. Dediyimiz kimi, tankların mart ayında tədarükü planlaşdırılır. Bu isə Ukrayna rəsmisinin açıqladığı müddətə uyğun gəlir.
Yaxın günlərdə Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunması, Belarusdan ikinci cəbhənin açılması, həmçinin, nəhayət, “xüsusi hərbi əməliyyat”ın müharibə kimi təqdim olunması gözləniləndir.
Hər bir halda Ukraynadakı savaş həlledici mərhələyə qədəm qoyub. Əvvəl də dediyimiz kimi, bu ay Rusiya daxilində və savaş meydanında ciddi proseslər baş verə bilər. Həmçinin fevral- mart ayında baş verəcək proseslər savaşın gələcək inkişafına əsaslı təsir edəcək.
Kənan Novruzov
Kənan Novruzov: Ukraynadakı savaş həlledici mərhələyə qədəm qoyur: Tamam, ya davam?
310 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.