KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukraynadakı müharibə qlobal oyunçular arasında davam edir: ABŞ və Çin üz- üzə!

Kənan Novruzov: Ukraynadakı müharibə qlobal oyunçular arasında davam edir: ABŞ və Çin üz- üzə!

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
228 0

ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer “CBS News”a müsahibəsində deyib ki, Ukrayna və Rusiya arasında real danışıqlar ilin sonunadək mümkündür. Onun fikrincə, bu, Çin sayəsində mümkün olacaq.
H. Kissincer kifayət qədər tanınmış və təcrübəli diplomatdır. Dünya siyasi səhnəsinə, o cümlədən geosiyasi proseslərə bələddir. Onun indiki həssas məqamda belə bir fikir səsləndirməyi diqqət çəkir. Məsələ ondan ibarətdir ki, Kiyev və Moskva arasında danışıqlar perspektivi getdikcə azalır. Kreml hücum, o cümlədən nüvə təhidi tərəflər arasındakı “sonuncu körpüləri də yandırır”.
İndi Rusiya ilə Ukraynanı birləşdirən yeganə məsələ “Taxıl sazişi”dir. Rusiya isə sazişin müddətinin növbəti dəfə uzadılması ilə bağlı tərəddüdlüdür. Əgər Moskva buna razı olmasa, hansısa danışıqlardan danışmaq ümumiyyətlə mümkün olmayacaq.
Əslində, bəlkə də, indi sülh həm Rusiyanın, həm də Ukraynanın ürəyincədir. Çünki hər iki tərəf yorulub. Resurslar tükənir. Davam edən müharibə hər iki ölkənin, xüsusilə Rusiyanın daxili siyasətinə də təsir edir. Belə bir məqamda danışıqlar masası arxasına oturmaq hər iki tərəf üçün sərfəlidir.
Amma kənar güclər, o cümlədən ABŞ buna imkan vermir. ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqla müharibənin uzanmasına şərait yaradır. Krıma hücumu da məhz bu aspektdən qiymətləndirmək lazımdır.
Rəsmi Moskva isə artıq Vaşinqtonla dil tapmağa çalışır. Nüvə müharibəsi, taxıl sazişindən imtina kimi təhdidlər birbaşa buna hesablanıb. Amma Ağ ev savaşın uzanmasında israrlıdır.
Çin isə müharibənin daha tez, özü də ABŞ məqsədinə çatmamış bitməsində maraqlıdır. Çünki Rusiyanın zəifləməsi Pekinə sərf etmir. Çin başa düşür ki, bu halda növbəti hədəf özü ola bilər. Bu mənada Çinin ehtimal olunan sülhə və ya danışıqlara yanaşması daha çox Rusiyanın maraqlarının təmsilçisi kontekstindən qiymətləndirilir.
Çinin sülh müqaviləsi paketi indiki halda Ukraynanı tam qane etmir. Bəlkə də, müəyyən “redaktələrdən” sonra Kiyev Pekinin təkliflərinə razı ola bilər. Amma Vaşinqton buna imkan vermir. Ağ ev Rusiya ilə Ukrayna arasında gərginliyi artırmaq və nəinki sülh, ümumiyyətlə danışıqlar perspektivini azaltmaq üçün əlindən gələni edir. Və etiraf etmək lazımdır ki, digər qlobal oyunçulara, o cümlədən Çinə nisbətən ABŞ – ın imkanları daha çoxdur.
Beləliklə, indi mübarizə əslində daha büyük güclər, o cümlədən siyasi sistemlər arasında gedir. Rusiya və Ukrayna sadəcə “aysberqin görünən tərəfidir”.
Çin real və effektiv vasitəçi olmaq üçün əvvəlcə ABŞ – ın proseslərə təsir imkanı məhdudlaşdırmağa çalışmalıdır.
Təəssüf ki, tərəflərdən biri- Rusiya və ya Ukrayna faktiki olaraq məğlub olmayana qədər sülhü real hesab etmirəm.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir