Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə nəticəyə ümid etdiyini bildirib. O, bu barədə Vaşinqtonda amerikalı həmkarı Cozef Baydenlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
V. Zelenski həm Ağ Evdən, həm də ABŞ konqresindən dəstəyi hiss etdiyini söyləyib: “Amma biz sözlərə deyil, nəticəyə ümid edirik. Bilirik ki, söz varsa, nəticə də var”.
Məlum olduğu kimi, V. Zelenski dekabrın 12-də Vaşinqtonda C. Baydenlə görüşüb. ABŞ lideri Ukraynaya 200 milyon dollarlıq yardım paketini açıqlayıb. Daha sonra ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, paketə raket sistemləri, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri üçün sursat daxildir.
Hazırda Ağ Ev və Senat arasında Ukraynaya yeni yardım paketlərinin maliyyələşdirilməsi ilə bağlı müzakirələr gedir. ABŞ hökuməti bunun üçün ayrılan pulun tükəndiyini dəfələrlə bəyan edib.
Liderlərin açıqlamalarına əsasən Zelenskinin ABŞ-a səfərinin uğurla keçdiyini düşünə bilərik. Hərçənd “pərdəarxasında” nələrin müzakirə olunduğunu bilmirik. Səslənən bəyanatların isə sadəcə ictimai rəyə hesablanması ehtimalını istisna edə bilmərik.
Maraqlıdır ki, Zelenski konkret olaraq hansı nəticəyə ümid etdiyini açıqlamayıb. Rəsmi Kiyev üçün nəticə nədir? Krımda daxil olmaqla ərazi bütövlüyünü tam təmin etmək, yoxsa ərazi güzəştinə gedərək müharibəni bitirmək? Əsas məsələ məhz budur.
İkinci bir tərəfdən Zelenskinin açıqlamasından aydın hiss olunur ki, ABŞ-ın verdiyi vədlər Ukraynanı qane etmir. Kiyevə söz yox, nəticə lazımdır. Ukrayna lideri məhz buna işarə vurub. Görünür, ABŞ-ın sözləri əməllərindən daha çoxdur. Bu isə Ukraynanın ürəyincə deyil.
Diqqətçəkən başqa bir məqam ondan ibarətdir ki, xüsusilə son vaxtlar Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı, Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak, müşaviri Mixaylo Podolyak, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov və digərləri Qərb və ABŞ-la bağlı tənqidi fikirlər səsləndirirlər. Onlar yardımın azalmasından narazılıqlarını bildirirlər. Zelenski isə hələ ki, daha təmkinli davranır. Əlbəttə, ölkə lideri olduğuna görə onun belə davranması başa düşüləndir. Amma ABŞ- ın ritorikasının Ukrayna daxilindəki gərginlik yaratması da mümkündür.
ABŞ- ın bundan sonrakı ritorikasının necə davam edəcəyini proqnozlaşdırmaq çətindir. Amma, deyəsən, “oyun qaydaları dəyişir”. Zelenski isə çətin qalib ola…
Kənan Novruzov
Kənan Novruzov: Ukraynada “oyun qaydaları dəyişir”: Zelenski geri çəkilir
159 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.