KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukraynada danışıqlara kim mane olur

Kənan Novruzov: Ukraynada danışıqlara kim mane olur

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
25 0

Ukraynada danışıqlara kim mane olur?- Moskva da “hazırıq” deyir, Kiyev də
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour” telekanalına müsahibəsində ölkəsinin Rusiya ilə danışıqlara hazır olduğunu deyib. O, bildirib ki, rəsmi Kiyev, həqiqətən, sülh istəyənlərlə danışıqlara hazırdır:
“Amma Rusiya sülh istəmir. Qarşı tərəfin məqsədi bizi məhv etməkdir. Moskva müharibənin başa çatması üçün danışıqlar aparmaq niyyətində deyil”.
V.Zelenskinin sözlərinə görə, bu il iyun ayının ortalarında İsveçrədə Sülh Sammiti olacaq: “Müharibəyə son qoymaq üçün plan hazırlanacaq. Bu sammit Rusiyasız keçiriləcək. Çünki Rusiya planlara mane ola bilər”.
Dövlət başçısının fikrincə, Rusiya danışıqlarda maraqlı deyil: “Ona görə də müharibənin ədalətli sülhlə bitməsini istəyən bir ölkə kimi təşəbbüs Ukraynadan gəlməlidir”.
Öncə, onu deyək ki, müharibə iştirakçısı olan dövlət liderlərinin “biz danışıqlara hazırıq” tipli bəyanatları artıq adi hala çevrilib. Adətən dövlət və hökumət başçıları belə açıqlamalarla özlərini beynəlxalq ictimaiyyətə yaxşı təqdim etməyə çalışırlar. Təsadüfi deyil ki, Rusiya da danışıqlara hazır olması ilə bağlı müntəzəm açıqlamalar verir.
Sual yaranır: Moskva da, Kiyev də danışıqlara hazırdırsa, onda sülhə kim mane olur? Tərəflər bu məsələdə bir – birilərini ittiham edirlər. Əslində isə durum daha ciddidir.
Qərb Şərqi Avropadakı savaşın birbaşa iştirakçısıdır. ABŞ və Avropa İttifaqının (Aİ) müharibə ilə bağlı öz maraqları var. Onlar davam edən prosesə məhz öz maraqları kontekstindən yanaşırlar.
Əvvəl də dediyimiz kimi, bəlkə də, Rusiya və Ukrayna çoxdan razılığa gələ bilərdilər. Çünki hər ikisi yorulub. Cəbhədə faktiki olaraq mövqe döyüşləri gedir. Üstəgəl, nəzərə almaq lazımdır ki, ötən müddət ərzində tərəflərin mövqeləri bir neçə dəfə yaxınlaşıb.
Amma iş orasındadır ki, Qərb öz maraqları təmin olunmadan müharibənin bitməsini istəmir. Bu maraqlar isə son nəticədə Qərbin Şərqi Avropadakı mövqelərinin möhkəmlənməsi ilə bağlıdır.
Doğrudur, çox böyük ehtimalla, Ukraynadakı müharibə ilə bağlı ABŞ və Aİ arasında artıq fikir ayrılığı yaranıb. Buna baxmayaraq, regiondakı təsir imkanlarının artırılması onların ikisinin də marağındadır.
Bu gün ABŞ Ukraynaya yardımı dayandırsa da, Aİ hələ də Kiyevə yardım ayırır. Bu isə birbaşa olaraq müharibənin uzanmasına şərait yaradır. Çünki Aİ ayırdığı dəstəklə Kiyevi döyüşləri davam etdirməyə sövq edir. Moskva isə adekvat cavablar verir. Əgər Ukrayna döyüşləri davam etdirməkdən imtina edərsə, Qərbin dəstəyinin daha da azalması təhlükəsi ilə üzləşə bilər. Bu isə o deməkdir ki, Ukrayna faktiki olaraq Qərbin girovuna çevrilib.
Beləliklə, Ukraynada danışıqlara mane olan güc əslində Qərbdir. Məhz ABŞ və Aİ- nin şəxsi ambisiyaları regiona sülhün qarşısını alır. Eyni zamanda daha böyük fəlakəti yaxınlaşdırır…
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir