KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna’da ABD-AB rekabeti mi başlıyor

Kənan Novruzov: Ukrayna’da ABD-AB rekabeti mi başlıyor

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
19 0

İspan nazir Ukraynanın parçalanmasının anonsunu verdi: ABŞ-la Aİ arasında qarşıdurma

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, mövcudluğunu itirəcək. Onun sözlərinə görə, Ukrayna ilə bağlı qərarlar Ukraynanın iştirakı olmadan verilə bilməz. Eyni zamanda, Avropanın təhlükəsizliyi ilə bağlı məsələlər avropalılar olmadan həll edilməməlidir”, –  Albares vurğulayıb.

Əvvəl də dediyimiz kimi, Şərqi Avropada vəziyyət kifayət qədər gərgindir. Müharibə, demək olar, darana dirənib. Buna baxmayaraq, Rusiya strateji üstünlüyü qoruyaraq zaman- zaman Ukraynanın müəyyən ərazilərini işğal edir.

Ukrayna isə bunun əvəzində Rusiyanın Kursk vilayətində möhkəmlənməyə çalışır.
ABŞ-da keçirilmiş prezident seçkilərindən sonra Donald Trampın hakimiyyətə gəlməsi müharibənin, nəhayət, bitə biləcəyinə dair ümidləri artırır. Buna baxmayaraq, sözsüz ki, Vaşinqtonun işi asan olmayacaq.

Sülhə nail olmaq üçün hər iki tərəfdən, xüsusilə Ukraynadan güzəştlər tələb olunacaq. Bu, hər şeydən əvvəl ərazi güzəştini nəzərdə tutur. Kiyevin buna razı olması faktiki olaraq ölkənin parçalanması olar.

Ciddi ərazi güzəştinə gedəcəyi halda xalq bunu Ukrayna hakimiyyətinə bağışlamaz. Bundan başqa, bu ssenari baş tutacağı halda ölkədə vətəndaş müharibəsinin başlanması da mümkündür.

Üstəlik, Rusiya müharibəni ciddi ərazi qazancları ilə bitirsə, dayanmayacaq. Rusiya bir müddət güc topladıqdan sonra Ukraynanın digər əraziləri uğrunda da müharibə başlaya bilər.

Başqa bir tərəfdən müharibənin sonunda Ukraynanın Rusiya ilə Qərb arasında bölünməsi mümkündür. Əgər Ukrayna uduzsa və ciddi ərazi güzəştlərinə getməli olsa, gələcəkdə başqa Avropa dövlətləri, o cümlədən Rusiya da Ukraynaya ərazi iddiaları ilə çıxış edə bilər.

Savaşın əvvəlindən bəri qüvvədən düşməyən əsas ehtimallardan biri də budur: döyüşlər başa çatandan sonra Ukrayna özündə qalan ərazilərlə NATO üzvü olacaq. Bu, faktiki olaraq Ukraynanın bölünməsi deməkdir.

Albaresin “Ukrayna ilə bağlı qərarlar Ukraynanın iştirakı olmadan verilə bilməz” fikrinə gəldikdə deməliyik ki, rəsmi Kiyev də əvvəllər bu tezislə çıxış edib. Məsələ burasındadır ki, Ukraynanın gözlənilən danışıqlar masasında olmaması onun üçün çox ciddi təhdidlər vəd edir. Bunun Ukrayna üçün nəticələri çox ağır ola bilər.
Nazirin dediklərindən belə qənaətə gəlmək olar ki, Avropa mümkün danışıqların ancaq ABŞ-nin vasitəçiliyi baş tutmasından və Avropa İttifaqının (Aİ) kənarda qalacağından narahatdır. Bu, Aİ və ABŞ arasında müharibə ilə bağlı fikir ayrılığının olmasının təzahürüdür. Avropada başa düşürlər ki, ABŞ Ukraynanı onun maraqlarına uyğun olmayan şərtlərlə danışıqlar masası arxasına otuzdurmaq iatəyir. Aİ isə bunda maraqlı deyil. Çünki gələcəkdə Avropa ölkələri, xüsusilə Rusiya ilə qonşu olanlar üçün təhlükə yarana bilər.
İndidən təxmin etmək olar ki, Brüssellə Vaşinqton arasında gərginlik artacaq. Mümkün danışıqlarda Aİ masa arxasında olmasa, yeni böhranlar yarana bilər.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir