KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna üçün qızıl fürsət: Rusiya hərbi elitası parçalanır

Kənan Novruzov: Ukrayna üçün qızıl fürsət: Rusiya hərbi elitası parçalanır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
177 0

 

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib ki, Ukrayna Silahlı Qüvvələri əks – hücuma hazırlaşır. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri artıq Baxmut istiqamətində cinahları yarır.
Priqojin daha əvvəl də Rusiya Müdafiə Nazirliyini tənqid etmiş, silah-sursat çatışmazlığından şikayət etmişdi.
Məlum olduğu kimi, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında gərginlik var. Proqnozlaşdırdığımız kimi, ziddiyət getdikcə artır.
Rusiya Silahlı Qüvvələrinin hərbi resursları tədricən tükənir. Ukraynadan fərqli olaraq Rusiyanı silahla təmin edə biləcək cəmi bir neçə dövlət var. Bu sırada xüsusilə Çin və İranı göstərmək olar. Amma onlar da Qərbin ehtimal olunan təzyiqlərindən narahat olduqları üçün ehtiyatlı davranırlar. Odur ki, Rusiyanın silah ehtiyatı getdikcə azalır. Və bu da təbii ki, hərbi elitadada çaxnaşmaya səbəb olur. Bu mənada mövcud gərginliyin artan templə davam edəcəyi gözləniləndir.
Priqojinin Ukraynanın ehtimal edilən əks- hücum əməliyyatları ilə bağlı məhz indi danışması diqqət çəkir. Niyə o indiyədək bu barədə bir söz deməmişdi? Axı rəsmi Kiyev xeyli vaxtdır ki, əks- hücum əməliyyatlarının anonsunu verir. Görünür, “Vaqner” rəhbəri səsləndirdiyi bu fikirlərlə həm də Rusiya Müdafiə Nazirliyini hədəf alıb. O, növbəti dəfə müdafiə naziri Sergey Şoyqunun və onun komandasının səriştəsizliyini göstərmək istəyib.
Əlbəttə, Ukrayna Silahlı Qüvvələrinin Baxmutda əks – hücum əməliyyatlarına başlaması tamamilə realdır. Hətta, bəlkə də, artıq prosesə start verilib. Ancaq Priqojinin açıqlamasının həm də təbliğat xarakterli olması qətiyyən istisna deyil.
Yəqin ki, yaxın vaxtlarda Ukrayna Baxmutda irəliləyişə nail olacaq. Bu isə məhz Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasındakı gərginlik fonunda baş verəcək. Tərəflər arasında ziddiyət artıqca Ukrayna bundan istifadə edəcək.
Əvvəl də dediyimiz kimi, gələcəkdə Priqojinin “səhnədən çıxarılması” , o cümlədən ona qarşı sui-qəsd mümkündür.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir