KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna “sağ göstərib sol vurur”: Rusiyada hakimiyyətin zəifləməsi ilə…

Kənan Novruzov: Ukrayna “sağ göstərib sol vurur”: Rusiyada hakimiyyətin zəifləməsi ilə…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
207 0

Son zamanlar Rusiyanın ayrı-ayrı ərazilərində, o cümlədən paytaxt Moskvada faciəli hadisələr – partlayışlar, yanğınlar baş verir. Bu hadisələr nəticəsində ölənlər də olur.
Bundan başqa, Rusiyaya Ukraynanın PUA hücumları da intensivləşib. Son zamanlar, demək olar, hər gün oxşar hadisələr baş verir. Rəsmi Kiyev bu hücumlarda əlinin olduğunu etiraf edir. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak partlayışların gələcəkdə daha tez-tez baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Ehtimal etmək olar ki, “müəmmalı” partlayış və yanğınların da xeyli hissəsi məhz Ukraynadan idarə olunur.
Hər halda Rusiyada Ukrayna kəşfiyyatının kifayət qədər güclü işlədiyi şübhəsizdir.
Əgər hələ ki, Ukraynanın etiraf etmədiyi partlayış və yanğınlar da rəsmi Kiyevlə bağlıdırsa, Ukraynanın buna haqqı var.
Ümumiyyətlə, əvvəl də dediyimiz kimi müharibə artıq Rusiya ərazisinə keçib. Bundan Ukraynanın bir neçə məqsədi var. Birincisi, savaşın ağrılarını Rusiyaya da yaşatmaq. İkincisi, xalqla hakimiyyəti üz-üzə qoymaq. Üçüncüsü, Rusiya hərbi-siyasi hakimiyyətinin diqqətini öz ölkəsinə yönəltmək və Ukraynadakı döyüşləri rəsmi Moskva üçün ikinci plana salmaq. Bu, əks-hücum əməliyyatlarının daha effektiv inkişafına şərait yaradacaq.
Müharibənin Rusiya ərazisinə keçməsi, demək olar ki, Ukraynanın əks- hücum əməliyyatının ən pik həddidir.
Ukrayna rəsmiləri daha əvvəl Rusiyada vətəndaş müharibəsinin başlana biləcəyi barədə xəbərdarlıq etmişdilər. Düşünürəm ki, ölkə daxilində baş verən proseslər və bunun nəticəsində yaranan xaos vətəndaş müharibəsinin başlanmasını real təhlükəyə çevirir. Bu isə Rusiyanın daxildən parçalanması və hakimiyyətin zəifləməsi deməkdir.
Yəqin ki, Rusiyada analoji hadisələr bundan sonra da təkrarlanacaq. Nəticə etibarilə ilə hakimiyyətdə zəifləmə prosesi başlayacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir