KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna Rusiyaya xəbərdarlıq edib: “Moskva” kreyseri ssenarisi təkrarlana bilər

Kənan Novruzov: Ukrayna Rusiyaya xəbərdarlıq edib: “Moskva” kreyseri ssenarisi təkrarlana bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
341 0

 

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov deyib ki, silahlı qüvvələr Qara dənizdə yeni hücuma hazırlaşır.
O, Rusiyaya “Moskva” kreyserinin batmasına bənzər hadisənin təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Biz qarşı tərəfə yeni “sürpriz” təklif edirik. Bunun üçün sadəcə münasib anı gözləyirik”.
Məlum olduğu kimi, ötən il aprel ayında Ukrayna Silahlı Qüvvələri Rusiya dəniz donanmasının “Moskva” kreyserini məhv edib. “Moskva” İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batan ən böyük hərbi gəmidir.
Reznikovun dedikləri, əlbəttə, bir tərəfdən ictimai rəyin formalaşdırılmasına hesablanıb. Bu baxımdan onun fikirlərinin informasiya müharibəsinin tərkib hissəsi olduğunu istisna etməməliyik.
Amma Reznikovun fikirləri sadəcə hədə-qorxu xarakterli də deyil. Şübhəsiz ki, onun dedikləri xeyli dərəcədə reallığa uyğundur.
Öncə onu deyək ki, Ukrayna Silahlı Qüvvələri cddi əks-hücuma əməliyyatlarına hazırlaşır. Prezident Volodimir Zelenski və digər rəsmilər bir neçə dəfə bunun anonsunu veriblər. Əks-hücm əməliyyatlarının yaxın həftələrdə başlanacağı gözlənilir.
Reznikovun dediyi kimi, Qara dənizdə yeni hücumlar olarsa, çox güman, bu, ehtimal edilən əks- hücum əməliyyatları çərçivəsində baş tutacaq.
Ukrayna Silahlı Qüvvələrini Rusiya donanmasını zəiflətməsi nəticəsində ciddi strateji və taktiki uğurlar əldə edə bilər. Bu, perspektivdə Krım yarımadası ilə bağlı Ukrayna Müdafiə Nazirliyinin planlarının həyata keçməsinə də şərait yarada bilər. Nəzərə almaq lazımdır ki, Rusiya donanması Krımı ciddi müdafiə edir. Bu mənada Rusiya donanmasına hücumlar effektiv olarsa. Ukrayna böyük uğur əldə edə bilər. Bu, həmçinin Rusiya Müdafiə Nazirliyində çaxnaşma ilə də nəticələnə bilər.
Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları çərçivəsində məhz Qara dənizdə hücuma başlamaları şərt deyil. İstənilən halda, əgər Ukrayna yaxın gələcəkdə effektiv əks-hücum əməliyyatlarına başlayacaqsa, bu, döyüş meydanında ciddi nəticələrə səbəb olacaq, mövcud durumu xeyli dəyişəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir