KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna Rusiya ilə danışıqlara gedir, Zelenski istefa verir?- Təhlil

Kənan Novruzov: Ukrayna Rusiya ilə danışıqlara gedir, Zelenski istefa verir?- Təhlil

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
14 0

Bütün cəhd və təşəbbüslərə baxmayaraq, Rusiya – Ukrayna müharibəsi bütün sürəti ilə davam edir. Xüsusilə son günlər Rusiyanın Ukraynaya raket hücumlarından sonra vəziyyət daha da kritikləşib.
Nə ABŞ, nə də Avropanın mövqeyi Ukraynanı tam qane edir. Kiyev üçün artıq aydındır ki, hər iki tərəf yalnız öz maraqlarını düşünür və bunun üçün ondan istifadə edir. ABŞ Rusiya ilə danışıqların başlanması üçün Ukraynanı təhdid etməkdən də çəkinmir. Perspektivdə ABŞ-nin Ukraynaya dəstəyi tamamilə dayandırmaq ehtimalı var. Əgər belə olarsa, Avropanın işi çətinləşəcək. Avropa dövlətləri ABŞ-nin də ləğv etdiyi dəstəyi də kompensasiya etməli olacaqlar. Ukrayna Prezidenti Volodimir Zelenski Avropa dövlətlərinin bu məsələdə yekdil mövqedən çıxış edəcəklərinə əmin deyil.

Üstəlik, Avropa ilə ABŞ arasında fikir ayrılığı artır. Bu da Ukraynanın taleyi ilə bağlı qeyri- müəyyənliyi artırır.

Ukrayna başa düşür ki, daha nə Vaşinqtona, nə də Avropa paytaxtlarına güvənmək olar. Bu, perspektivdə Kiyevi daha çıxılmaz vəziyyətə sala bilər.

Belə bir vəziyyətdə Ukraynanın Rusiya ilə birbaşa danışıqlar başlamaq ehtimalı gündəmə gəlir. Zelenski düşünə bilər ki, üçüncü güclərinin ambisiyalarının qurbanına çevrilməkdənsə, Moskva ilə hansısa formada konsensus əldə olunsun. Çünki savaşın bitməyi Rusiyanın maraqlarına uyğundur. Yəni nəzəri baxımdan belə bir ehtimal var. Amma o qədər də çox deyil.

Ukrayna Rusiya ilə birbaşa danışıqlara getsə, ABŞ və Avropanın iştirakı ilə ola biləcəyindən qismən daha qənaət- bəxş nəticə ilə çıxa və maraqlarını müəyyən mənada təmin edə bilər. Amma bu, risklidir. Birincisi, ona görə ki, xalq buna görə Zelenskini düşmənlə əməkdaşlıqda ittiham edib onu devirə bilər. İkincisi, Rusiya rəsmi səviyyədə olmasa da, media səviyyəsində Ukrayna dövlət başçısına qarşı əks- təbliğata başlaya bilər. Üçüncüsü, Zelenskinin bu addımı Qərbin, o cümlədən ABŞ-nin ciddi müqaviməti və narazılığı ilə qarşılana bilər.

Əlbəttə, Zelenski bütün risk və imkanları hesablayır. O, mümkün qədər doğru qərar qəbul etməyə çalışacaq. Əvvəl də dediyimiz kimi, bu qərarlar arasında müharibədən əvvəl istefa ehtimalı da var.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir