KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna parçalanmalıdır

Kənan Novruzov: Ukrayna parçalanmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
93 0

Müharibənin bitməsi üçün ya Ukrayna parçalanmalıdır, ya da…- Danışıqlar mümkün deyil

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Ukraynada istənilən atəşkəs Rusiyanın xeyrinə olacaq.
Qeyd olunub ki, bu, Rusiya ordusunun gələcək hücum əməliyyatları üçün yenidən qruplaşmasına, komandanlıq və nəzarət sistemini optimallaşdırmağa imkan yaradacaq.
Bildirilib ki, Rusiya ehtimal olunan atəşkəslə döyüşlərin gedişatından dərs çıxarmağa çalışacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl Ukraynanın Rusiyaya sürprizlər hazırladığına işarə vurub. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə söyləyib ki, cəbhədə vəziyyət ciddi şəkildə dəyişib, Rusiyanın itkiləri artıb.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələlik Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq.
Bir çox siyasi liderin və ekspertin dediyi kimi, Ukraynadakı müharibə faktiki olaraq dalana dirənib. Rusiya cəbhədə kiçik ərazi uğurları əldə edir. Ukrayna isə Rusiya ərazisinə hücumları intensivləşdirib. Lakin bunlardan heç biri strateji nailiyyət hesab oluna bilməz.
Moskva və Kiyev hələ ki, konsensus əldə edə bilmirlər. Çünki tərəflər bir-birilərinin şərtlərini qəbul etmək istəmir. Hətta Rusiya və Ukrayna qarşı tərəfin hazırkı hakimiyyəti ilə danışıqların olmayacağını iddia edir. Bu isə yaxın vaxtda “suların durulması” ehtimalını istisna edir.
Maraqlıdır ki, savaşın ilk günündən barı sülhün əldə olunmasına çalışan Ankaradan da artıq bədbin açıqlamalar gəlir. Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günlərdə deyib ki, Rusiya və Ukrayna hazırda bir masa arxasında oturmaq nöqtəsində deyillər.
Məsələ burasındadır ki, müharibənin taleyi indi yalnız Kiyev və Moskvanın iradəsindən asılı deyil. Qərbin proseslərdəki rolu döyüşlərin inkişafı və nəticəsi baxımından mühüm rol oynayır. Bu isə o deməkdir ki, Ankara müharibəni bitirmək istəyirsə, təkcə Kiyev və Moskva ilə yox, həm də Vaşinqton və Avropa İttifaqı ilə işləməlidir.
Dediyimiz kimi, danışıqlar ehtimalı yaxın vaxt üçün real görünmür. Amma mövzu müzakirə predmetinə çevrilərsə, Rusiya tutduğu ərazilərdə qalmağa israr edəcək. Bu isə “saatlı bomba” deməkdir. Vaxtı çatanda mütləq “partlayacaq”.
Ümumiyyətlə, indi elə vəziyyət yaranıb ki, effektiv danışıqlar, demək olar, mümkünsüzdür. Müharibənin bitməsi üçün daha fundamental ssenarilərə ehtiyac var. Bunlar ölkələrin ən azı birində hakimiyyət dəyişikliyi, Ukraynanın Aİ ilə Rusiya arasında parçalanması ola bilər.
Kənan Novruzov
“Report” İnformasiya Agentliyin əməkdaşı, siyasəti şərhçi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir