Ukrayna müdafiə naziri Rustem Umerov dörd müavinini işdən azad edib. Bu barədə o, özü bildirib.
Nazirin bunun səbəbini hələ ki, açıqlamayıb.
Ukraynada qəfil istefalar artıq, demək olar, adi hala çevrilib. Bu, əlbəttə, davam edən müharibə ilə bağlıdır. Belə ki, müharibə davam etdikcə Ukrayna hərbi – siyasi hakimiyyətində fikri ayrılıqları artır.
Şübhəsiz ki, Ukraynanın keçmiş xarici işlər naziri Dmitro Kulebanın bir müddət əvvəl vəzifəsindən azad edilməsi də birbaşa olaraq hərbi – siyasi elitadakı fikir ayrılıqları ilə bağlıdır.
Məsələ burasındadır ki, Ukrayna bütün cəhdlərinə baxmayaraq, hələ də istədiyi nəticəni əldə edə bilmir. Odur ki, daxildə hərbi – siyasi elitanın nümayəndələri bir – birilərini ittiham edir, “günah keçisi” axtarırlar.
Üstəgəl, bu gün Ukrayna xeyli dərəcədə Qərb dövlətlərindən, o cümlədən ABŞ- dan asılıdır. Ukrayna hərbi- siyasi elitasında bunu başa düşən və mövcud durumla razılaşmaq istəməyənlər var.
Başqa bir məsələ isə budur ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak idarəetmədə kifayət qədər ciddi avtoritetə malikdir. Mümkündür ki, o, özünü ölkənin növbəti prezidenti kimi görür. Və indidən buna hazırlaşır.
Müdafiə nazir müavinlərinin istefası məsələsində olmasa da, ümumilikdə hərbi- siyasi elitadakı çalxalanmalarda A. Yermakın əlinin olması istisna deyil. Ola bilsin, o, mümkün rəqiblərini sıradan çıxarmaq, idarəetmədən uzaqlaşdırmaq istəyir. Bu xüsusda D. Kulebanın adını xüsusilə qeyd etmək olar.
Konkret olaraq müdafiə naziri müavinlərinin istefasına səbəb isə Rusiyanın Kurs vilayətindəki əməliyyatların arzuolunan effekti verməməsi, həmçinin korrupsiya halları göstərilə bilər.
Gələcəkdə gözlənilməz istefaların təkrarlanması mümkündür.
Kənan Novruzov