KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna məhdud imkanlarla hərəkətə keçməlidir: Məğlubiyyət yaxınlaşır

Kənan Novruzov: Ukrayna məhdud imkanlarla hərəkətə keçməlidir: Məğlubiyyət yaxınlaşır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
101 0

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski riskli qərarlar qəbul etməlidir. Qeyd olunub ki, bu, Qərbin silah tədarükündə yol verdiyi gecikmələrlə bağlıdır: “Rusiyanın hərbi imkanlarını məhdudlaşdırmaq və gələcək əks- hücum əməliyyatlarına hazırlaşmaq üçün Ukrayna bütün resurslarından istifadə etməlidir”.
Hesabatda, həmçinin yazılıb ki, Qərbin hərbi dəstəklə bağlı ləng tərpənməsi rəsmi Kiyevə baha başa gələ bilər: “Zelenski və digər yüksək rütbəli Ukrayna hərbi rəsmiləri bu yaxınlarda xəbərdarlıq ediblər ki, Qərbin hərbi yardımındakı gecikmələr nəticəsində Rusiya döyüş meydanında təşəbbüsü ələ alır. Ordu Ukraynanın nə vaxt və hansı yardım alacağını bilmədən uğurlu əks-hücum və müdafiə strategiyası planlaşdıra bilməz”.

Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna 2023-cü ilin iyununda əks-hücum əməliyyatlarına başlayıb. Amma bu, uğursuz olub. Rəsmi Kiyev əməliyyatların uğursuzluğunu etiraf edib. V.Zelenski daha əvvəl bildirib ki, Ukrayna yeni əks- hücum əməliyyatlarına hazırlaşır.

Əvvəl də dediyimiz kimi, rəsmi Kiyevin işi getdikcə çətinləşir. Birincisi, Ukrayna hərbi – siyasi elitasında yorğunluq aydın hiss olunur. İkincisi, Ukrayna ordusunda ciddi şəxsi heyət və silah- sursat çatışmazlığı var. Qərb hərbi tədarükü ləngidir. Üçüncüsü, Ukrayna hərbi – siyasi elitasında son zamanlar ciddi kadr dəyişikliyi baş verir. Bunun Qərbin tələbi ilə olması və Qərbin özünə yaxın adamları Ukraynadakı kritik vəzifələrə təyin etməsi istisna deyil. Bu isə perspektivdə ABŞ və Avropanın rəsmi Kiyevə təsir imkanlarının artırılması deməkdir. Dördüncüsü, Qərb Ukraynanın Rusiya ərazilərinə zərbələr endirməsinə isti yanaşmır. Bütün bunlar Ukraynanın imkanlarını zəiflədir.

Proseslər onu deməyə əsas verir ki, Ukraynaya silah dəstəyi getdikcə azalır. ABŞ hərbi yardımı tamamilə dayandırıb. Aİ-də isə Ukraynadakı proseslərlə bağlı ciddi fikir ayrılığı var. Bəzi Avropa dövlətləri Ukraynaya NATO qoşunları göndərməyin, bəziləri isə dəstəyi azaltmağın tərəfdarıdırlar.

Görünən odur ki, Ukraynadakı müharibənin gedişi Qərbi məyus edib. Ona görə də artıq nəinki ABŞ-la Aİ arasında, hətta onların öz daxillərində də ziddiyyətlər yaranır.
Müxtəlif siyasilərin, ekspertlərin proqnozlarına görə, Ukraynanın imkanları getdikcə azalacaq. Bu isə perspektivdə Rusiyanın imkanlarının güclənməsi, yeni əraziləri işğal etməsi ilə nəticələnə bilər.

Maraqlıdır, ABŞ institutu “riskli qərar” deyəndə nəzərdə tutur? Çox güman, Ukrayna bundan sonra tək başına hərəkət etməlidir. Ukrayna daha çox ərazisinin işğal altına düşməsini istəmirsə, mövcud imkanları və bütün gücü ilə hərəkətə keçməlidir. Qərbin yardımına bel bağlamaq bundan sonra nəticə verməz. Çünki, birincisi, yardımda gecikmələr olur. İkincisi isə onsuz da hərbi dəstək məhduddur. Yəni rəsmi Kiyev Qərbə ümid olsa, bu nəticə verməyəcək. Hazırda zaman Ukraynanın əleyhinə işləyir.
Beləliklə, proseslərin hazırkı inkişafı, o cümlədən Qərbin hazırkı sürüşkən mövqeyi onu deməyə əsas verir ki, Ukrayna məğlubiyyətə doğru gedir. Mövcud imkanlarla hərəkətə keçmək, bəlkə də, Kiyevin son şansdır. Əks halda məğlubiyyətlə barışmalı ola bilər.

Kənan Novruzov, “Report” İA- nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir